“Microsoft” SİM-lə işləyən noutbuk təqdim etdi

“Microsoft” SİM-lə işləyən noutbuk təqdim etdi
23.07.2025 18:30 İKT

“Microsoft” şirkəti “5G” SİM kart dəstəyi ilə işləyən “Surface” noutbukunu təqdim edib. 

TodayPress TV xəbər verir ki, bu barədə “FoneArena” məlumat yayıb. 

Bildirilib ki, “Microsoft" ikinci nəsil “Intel Core Ultra” prosessoru, “NanoSIM” və “eSIM” dəstəyi ilə quraşdırılmış “5G” modemi və təkmil naviqasiya sistemi ilə “Surface Laptop 5G”ni təqdim edib. 

Modelin əsas xüsusiyyəti noutbukun mövqeyindən və ətrafdakı şəraitdən asılı olaraq əlaqə keyfiyyətini avtomatik optimallaşdıran 6 antenadan ibarət intellektual sistemdir.  

“Microsoft”un açıqlamasına görə, texnologiya qeyri-sabit siqnal şəraitində belə sabit əlaqə təmin edir.  

Bundan əlavə, “Surface Laptop 5G” “5G” siqnalını digər cihazlar arasında paylayaraq mobil qaynar nöqtə kimi işləyə bilər. 

Noutbuk 2304x1536 piksel təsvir ölçülü 13,8 düymlük “AMOLED” sensor ekran, 120 Hz yeniləmə tezliyi, “HDR”, “Dolby Vision IQ” və “Adaptive Color” dəstəyi ilə təchiz edilib. Həmçinin, süni intellekt funksiyaları ilə quraşdırılmış “Full HD Surface Studio” kamerası video zənglər və konfranslar üçün nəzərdə tutulub. 

Qeyd edək ki, “Surface Laptop 5G” 16GB və ya 32GB "LPDDR5X" RAM və 1TB-a qədər "SSD" yaddaşı ilə satışa çıxarılacaq.  

“Intel Core Ultra 5”, 16 GB RAM və 256 GB SSD ilə baza konfiqurasiyası 1800 dollara, “Core Ultra 7” prosessoru, 32 GB operativ yaddaş və 1 TB yaddaşa malik top versiya isə 2700 dollara başa gələcək. 

Aysel Mətləb

XƏBƏR LENTİ
15 IYUN 2026
Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Bütün Xəbərlər