İnternet tarifləri artırılacaq? - AÇIQLAMA

İnternet tarifləri artırılacaq? - AÇIQLAMA
29.12.2025 16:19 ИКТ

Növbəti il internet tariflərinin  bahalaşıb-bahalaşmayacağı cəmiyyətdə ciddi maraq doğurur. Region ölkələrində artıq müşahidə olunan qiymət artımları Azərbaycanda da oxşar qərarların qəbul edilə biləcəyi ehtimalını gücləndirir. 

2026-cı ildə internet tariflərinin artırılması məsələsi gündəmə gələ bilər?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Günay Hüseynova bildirib ki, internet tariflərinin kəskin şəkildə artırılması üçün ciddi və əsaslandırılmış səbəblər olmalıdır. 


Onun sözlərinə görə, qlobal iqtisadiyyatda növbəti il üçün müəyyən qiymət artımlarının gözlənilməsi təbiidir:

"Lakin bu amil əmək haqları, müavinətlər və pensiyaların artım tempini əhəmiyyətli dərəcədə üstələyən tarif artımlarını avtomatik olaraq əsaslandıra bilməz. Dünya ölkələrində internet qiymətlərini müqayisə edərkən yalnız nominal tariflərə deyil, eyni zamanda əhalinin sosial-iqtisadi rifah səviyyəsinə, orta aylıq gəlirlərinə və yaşayış xərclərinə də diqqət yetirilməlidir. Əgər əmək haqları orta hesabla 10-12% artdığı halda, internet tariflərinin 30-35% yüksəldilməsi təklif olunursa, bu yanaşmanın iqtisadi və sosial baxımdan hansı məntiqə söykəndiyi sual doğurur".

Ekspert Azərbaycan Respublikasının Konstitusiyasını xatırladaraq qeyd edib ki, dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının qorunması, onların sosial və iqtisadi rifahının təmin edilməsidir. Bu baxımdan, qiymət siyasətində sosial balansın qorunması xüsusi əhəmiyyət kəsb edir:

"Tarif artımı yalnız real zərurət olduqda, xidmətin təkmilləşdirilməsi və keyfiyyətinin artırılması ilə əsaslandırılmalıdır. Hətta bu halda belə, artım kəskin deyil, mərhələli və ölçülü şəkildə həyata keçirilməlidir".

İqtisadçı təklif edib ki, internet xidmətlərində diferensial tarif siyasəti tətbiq olunsun:

"Yəni sıravi vətəndaşlar üçün sosialyönümlü tariflər, şirkətlər və kommersiya qurumları üçün isə fərqli, daha yüksək tariflər müəyyən edilsin. Çünki şirkətlər bu cür artımları öz gəlirləri hesabına kompensasiya edə bilsələr də, vətəndaşlar üçün bu, ailə büdcəsinə əlavə və ciddi maliyyə yükü yaradır", - deyə Günay Hüseynova qeyd edib.

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Все новости