İlon Maskın sosial şəbəkəsi 120 milyon avro cərimələndi

İlon Maskın sosial şəbəkəsi 120 milyon avro cərimələndi
05.12.2025 22:00 ИКТ

Amerikalı milyarder, sahibkar İlon Maska məxsus "X" sosial şəbəkəsi 120 milyon avro məbləğində cərimələnib.

TodayPress TV xəbər verir ki, məlumatı "Bloomberg" agentliyi yayıb.

Cəriməyə səbəb platformanın kontent moderasiyası barədə Aİ qanununu pozmasıdır.

Nəşr qeyd edir ki, bu cür addımlar Ağ Ev və Brüssel arasında yeni mübahisələrin yaranmasına səbəb ola bilər.

"Avropa Komissiyası belə qənaətə gəlib ki, "X" platformasındakı "mavi nişan" ödənişli simvolu istifadəçiləri çaşdırır, platforma araşdırmaçıların məlumatlara çıxışını məhdudlaşdırır və müvafiq reklam yerləşdirilməsini təmin etməyib", - qərarda deyilir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
20 августа 2026
Все новости