ETX vətəndaşlara müraciət etdi - Yeni dələduzluq üsulu...

ETX vətəndaşlara müraciət etdi - Yeni dələduzluq üsulu...
25.05.2026 16:01 ИКТ

Son zamanlar dünya miqyasında kiberdələduzlar ictimai məkanlarda müxtəlif bəhanələr irəli sürərək vətəndaşlardan mobil telefon vasitəsilə kömək istəyir və bu yolla onların biometrik məlumatlarını ələ keçirməyə cəhd göstərirlər.

TodayPress TV xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, bu zaman qarşı tərəfin telefonunda gizli videozəng, ekran yazısı və ya digər qeyd funksiyaları aktiv ola bilər. Nəticədə vətəndaşın səsi, üz görüntüsü və bəzi hallarda toxunuş məlumatları qeydə alınaraq sonradan müxtəlif dələduzluq məqsədləri üçün istifadə oluna bilər.

Beynəlxalq mühitdə yaşanan bu kimi hallardan qorunmaq üçün Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara aşağıdakı preventiv kibergigiyena tədbirlərinə əməl olunmasını tövsiyə edir:

- Tanımadığınız şəxslərin mobil telefonlarına toxunmayın;

- Naməlum şəxslərin telefonunda heç bir təsdiq əməliyyatı aparmayın;

- Kamera və ya səsli təsdiq tələb edən hallarda ehtiyatlı olun;

- Şəxsi və biometrik məlumatlarınızı üçüncü şəxslərlə paylaşmayın;

- Yaşlı şəxsləri və azyaşlıları bu üsullar barədə məlumatlandırın.

Şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara və ya Elektron Təhlükəsizlik Xidmətinin elektron poçt ünvanı [email protected] və ya "1654" qaynar xətti vasitəsilə məlumat verilməsi xahiş olunur.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Курдский центр подал в СГБ жалобу на трех политиков 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 Ночной удар США: обстреляны следующие города Ирана 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ночной удар по Украине: в Киеве, Львове и Полтаве есть жертвы 08:59 США нанесли удары по военным объектам КСИР 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Все новости