Cənubi Koreya beşinci casus peykini uğurla orbitə göndərdi

Cənubi Koreya beşinci casus peykini uğurla orbitə göndərdi
02.11.2025 13:20 ИКТ

ABŞ-nin "SpaceX Falcon 9" raketi Cənubi Koreyanın beşinci casus peykini uğurla orbitə çıxarıb.

TodayPress TV xəbər verir ki, "Yonhap" agentliyi məlumat yayıb.

Sintetik apertura radiolokasiya stansiyası ilə təchiz edilən peyk 2 noyabrda Florida ştatındakı Keyp Kanaveral Kosmik Qüvvələr bazasından buraxılıb.

Bu, Şimali Koreyanı daha effektiv şəkildə izləmək və ölkənin ABŞ peyk görüntülərindən asılılığını azaltmaq məqsədilə beş peykin yerləşdirilməsini nəzərdə tutan plan çərçivəsində buraxılmış sonuncu hərbi peykdir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
20 августа 2026
Все новости