Bakıda "İKT Karyera Sərgisi" keçirildi

Bakıda "İKT Karyera Sərgisi" keçirildi
30.11.2025 00:23 ИКТ

29 noyabrda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbə və məzunları, həmçinin İRİA-nın təhsil layihələrinin məzunları üçün "İKT Karyera Sərgisi" keçirilib.

TodayPress TV xəbər verir ki, sərgidə 900-dən çox gənc iştirak edərək ölkənin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən 20 aparıcı dövlət və özəl qurumunun nümayəndələri ilə görüş imkanı əldə ediblər.

Sərginin açılış mərasimində çıxış edən İRİA-nın İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov sözügedən layihənin əhəmiyyəti, onun ölkənin İKT sektoruna verəcəyi töhfələrdən bəhs edib. O, həmçinin gənc istedadların kəşfi və onların əmək bazarına inteqrasiyasında Agentliyin təşkil etdiyi təhsil layihələrinin rolunu vurğulayıb. Daha sonra Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Hasil Abbasov və "Bayraktar Teknoloji Azərbaycan"ın Baş texnologiya direktoru Onur Ocak çıxış edərək sərginin gənclərin peşəkar inkişafı üçün təqdim etdiyi imkanlar barədə fikirlərini bölüşüblər.

Tədbir qurumların nümayəndələrinin iştirakı ilə "Rəqəmsal Azərbaycan: Gənclərin rəqəmsal transformasiyada rolu" mövzusunda panel müzakirəsi ilə davam edib. Müzakirələr zamanı ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi, gənclərin bu prosesdə iştirak imkanları və onların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi kimi mövzulara toxunulub.

Panel müzakirəsindən sonra iştirakçı gənclər şirkət stendlərini ziyarət edərək karyera imkanları barədə məlumat alıblar, fərdi sınaq müsahibələri və karyera məsləhətləri sessiyalarından yararlanıblar.

Tədbirin davamında "Talk session" görüşləri və "TechQuiz" təşkil olunub.

Tədbir şirkətlərə təşəkkürnamələrin təqdim olunması ilə yekunlaşıb.

Qeyd edək ki, sözügedən layihənin həyata keçirilməsində əsas məqsəd informasiya-kommunikasiya texnologiyaları sahəsində təhsil alan tələbə və məzunları ölkənin aparıcı İT şirkətləri ilə bir araya gətirərək, onların peşəkar inkişafına, təcrübə və məşğulluq imkanlarının genişlənməsinə dəstək göstərmək olub. Sərgi həmçinin şirkətlərə istedadlı gəncləri tanımaq və gələcək əməkdaşlıqlar üçün yeni tərəfdaşlıqlar qurmaq imkanı yaradıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Все новости