Azərbaycanda IT sektoru niyə zəifdir?

Azərbaycanda IT sektoru niyə zəifdir?
22.04.2026 14:37 ИКТ

Region ölkələri ilə müqayisədə Azərbaycanın IT ixracı hələ də istənilən səviyyəyə çatmayıb və bu sahədə inkişaf tempi nisbətən zəifdir. Son illərdə rəqəmsallaşma istiqamətində müəyyən addımlar atılsa da, ixrac yönümlü texnologiya məhsulları və xidmətlərinin payı məhdud olaraq qalır. 

Bu sahədə ləngimənin səbəbi nədir və inkişafı sürətləndirmək üçün hansı addımlar atılmalıdır?

İnformasiya texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadə TodayPress TV-yə mövzunun aktuallığını vurğulayaraq bildirib ki, mövcud vəziyyət bir neçə sistemli faktorla bağlıdır.


Onun sözlərinə görə, əsas problemlərdən biri ölkədə texnoloji ekosistemin tam formalaşmamasıdır:

"Bu sahədəki ləngimənin əsas səbəblərindən biri texnoloji ekosistemin tam formalaşmamasıdır. Xüsusilə də məhsul yönümlü, product-based yanaşmanın zəif inkişafı, yerli şirkətlərin daha çox xidmət əsaslı, yəni outsourcing modellərə üstünlük verməsi ixrac potensialını məhdudlaşdırır. Beynəlxalq bazarda rəqabət üçün kiber təhlükəsizlik və məlumat qorunması standartları kritik əhəmiyyət daşıyır. Beynəlxalq standartlara uyğun kiber təhlükəsizlik və məlumat qorunması mexanizmlərinin yetərincə inkişaf etməməsi xarici bazarlarda etibarın formalaşmasına mane olur. Qlobal bazarda fəaliyyət göstərmək üçün ISO 27001 kimi standartlara uyğunluq və güclü təhlükəsizlik infrastrukturu artıq seçim deyil, zərurətdir".

Ekspert insan kapitalı probleminə də diqqət çəkib. Onun fikrincə, texniki biliklərə malik mütəxəssislər olsa da, yüksək səviyyəli ixtisaslı kadrların sayı məhduddur:

"Azərbaycanda texniki biliklərə malik mütəxəssislər olsa da, yüksək səviyyəli mühəndislik, məhsul dizaynı, təhlükəsizlik arxitekturası və qlobal bazar təcrübəsi olan kadrların sayı olduqca məhduddur. Bu da innovativ və rəqabətqabiliyyətli məhsulların yaranmasını olduqca ləngidir".

Mütəxəssis vurğulayıb ki, startap ekosisteminin zəifliyi və risk kapitalına çıxışın məhdudluğu da inkişaf tempinə mənfi təsir göstərir:

"Güclü IT ixracı olan ölkələrdə dövlət, özəl sektor və investorlar arasında əməkdaşlıq daha effektiv qurulub. Azərbaycanda isə bu əməkdaşlıq hələ istənilən səviyyədə deyil. İlk növbədə kiber təhlükəsizlik sahəsində milli standartlar gücləndirilməli və şirkətlər beynəlxalq sertifikasiyaya təşviq olunmalıdır. Bu xarici müştərilər üçün etibarlığı artıracaq".

Əmrah Mövsümzadə məhsul yönümlü startapların dəstəklənməsi üçün vergi güzəştlərinin və maliyyə təşviqlərinin artırılmasını təklif edib.

“Xüsusilə SaaS və süni intellekt əsaslı həllərin inkişafı üçün əlavə dəstək mexanizmləri vacibdir. İnsan kapitalının inkişafı da əsas prioritetlərdən biridir. Praktiki yönümlü təhsil proqramları, beynəlxalq əməkdaşlıqlar və real layihələr üzərində təlim modelləri genişləndirilməlidir. Xüsusilə kiber təhlükəsizlik, blok texnologiyaları və süni intellekt sahələrində ixtisaslaşma mütləq vacibdir".

Sonda o, dövlət səviyyəsində vahid strategiyanın hazırlanmasının əhəmiyyətini qeyd edib:

"IT Export Strategy kimi konkret yol xəritəsi hazırlanmalı və bu strategiya çərçivəsində hədəf bazarlar, prioritet texnologiyalar və dəstək mexanizmləri aydın şəkildə müəyyən edilməlidir. Azərbaycanın IT ixrac potensialı yüksəkdir, lakin bu potensialın reallaşması üçün sistemli yanaşma və qlobal bazar düşüncəsi həlledici rol oynayır".

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
“Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Курдский центр подал в СГБ жалобу на трех политиков 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 Ночной удар США: обстреляны следующие города Ирана 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ночной удар по Украине: в Киеве, Львове и Полтаве есть жертвы 08:59 США нанесли удары по военным объектам КСИР 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Вертолет, летевший тушить пожар, рухнул на землю— Страшный инцидент 02:17 Все новости