"Apple" martda yeni "MacBook" təqdim edə bilər

"Apple" martda yeni "MacBook" təqdim edə bilər
26.02.2026 18:15 ИКТ

Şəbəkədə "Apple"ın martın əvvəlində təqdim edəcəyi gözlənilən büdcə "MacBook" modeli ilə bağlı yeni məlumat sızıb.

TodayPress TV xəbər verir ki, bu barədə “MacRumors” portalı Çin sosial şəbəkəsi "Weibo"da yayımlanan insayder məlumatına istinadən yazıb.

Məlumata görə, 12,9 düymlük "MacBook" "Apple A18 Pro" prosessoru, 8 GB operativ yaddaş və 256 və ya 512 GB SSD ilə təchiz olunacaq. Bildirilir ki, yaddaş qurğusu xəttin daha bahalı modelləri ilə müqayisədə daha aşağı sürət sinfinə aid olacaq. Displeyin maksimal parlaqlığı isə 500 nitə qədər olacaq.

Qiyməti aşağı salmaq məqsədilə "Apple"ın bir sıra funksiyalardan imtina edəcəyi iddia olunur. Belə ki, model "True Tone" texnologiyasını, klaviatura işıqlandırmasını, sürətli enerji doldurmanı və 100 Ohm-dan yüksək impedanslı qulaqlıqlarla işləmə imkanını itirə bilər. Bundan əlavə, qurğu "Wi-F"i və "Bluetooth" modullarının işini sürətləndirən N1 çipini də almayacaq.

Yeni "MacBook" və daha güclü modellərin rəsmi təqdimatının 2–4 mart tarixlərində keçirilməsi gözlənilir. Şayiələrə görə, büdcə versiya bir neçə parlaq rəngdə və 599 ABŞ dollarından başlayan qiymətlə satışa çıxarılacaq.

Bundan əvvəl "iPhone 18 Pro" modelinin ekranaltı sensorlar əldə etməyəcəyi barədə məlumat yayılmışdı.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Все новости