Aİ erotik “deepfake” yaradan süni intellektləri qadağan edəcək

Aİ erotik “deepfake” yaradan süni intellektləri qadağan edəcək
13.03.2026 19:15 ИКТ

Avropa İttifaqı insanların cinsi xarakterli təsvirlərini yarada bilən süni intellekt tətbiqlərinin istifadəsini qadağan etməyi təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.

Təklifə əsasən, Avropada real insanların razılığı olmadan erotik "deepfake"lər, o cümlədən səs faylları yarada bilən hər hansı süni intellekt sisteminin istifadəsi qadağan ediləcək.

Nəşrin yazdığına görə, qərar "Grok" süni intellekt modelinə əsaslanan çatbotla bağlı qalmaqaldan sonra gündəmə gəlib. Həmin çatbot vasitəsilə milyonlarla real insanın, o cümlədən uşaqların şəkilləri yüklənərək cinsi xarakterli görüntülər yaradılıb.

Qəzetin məlumatına görə, amerikalı sahibkar İlon Maskın şirkəti "xAI" tərəfindən hazırlanmış modeldən istifadə etməklə təxminən 3 milyon cinsi xarakterli təsvir və 20 minə yaxın uşaq istismarı ilə bağlı görüntü yaradılıb.

Təklif qəbul edilərsə, Avropa İttifaqında belə texnologiyaların istifadəsinə qarşı daha sərt hüquqi məhdudiyyətlər tətbiq olunacaq.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Все новости