3 mindən çox vətəndaşa aid məlumatların yayılmasının qarşısı alındı

3 mindən çox vətəndaşa aid məlumatların yayılmasının qarşısı alındı
28.01.2026 10:06 ИКТ

Sosial şəbəkələrdə aparılan nəzarət tədbirləri çərçivəsində 3 000-dən çox Azərbaycan vətəndaşına aid fərdi məlumatların qanunsuz yayılmasının qarşısı alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Qurum xatırladıb ki, 28 yanvar dünyada Fərdi Məlumatların Mühafizəsi Günü kimi qeyd olunur. Məhz 1981-ci ilin bu günündə fərdi məlumatların mühafizəsi sahəsində ilk beynəlxalq konvensiya qəbul olunub. Azərbaycan isə bu konvensiyaya 2009-cu ildə qoşulub və 2010-cu ildə ölkəmizdə "Fərdi məlumatlar haqqında" qanun qəbul edilib.

"Rəqəmsal texnologiyaların sürətli inkişafı, emal edilən məlumatların həcminin artması və süni intellekt sistemlərinin tətbiqi fərdi məlumatların mühafizəsi sahəsində yeni risklər yaradır. Bu baxımdan fərdi məlumatların mühafizəsi hazırda yalnız hüquqi öhdəlik deyil, eyni zamanda rəqəmsal mühitdə etimadın və təhlükəsizliyin əsas şərti kimi çıxış edir.

Bu məqsədlə cari il ərzində rəqəmsal risklərin tənzimlənməsini, vətəndaşların hüquqlarının gücləndirilməsini, eləcə də fərdi məlumatları işləyən tərəflər üçün öhdəlik və məsuliyyətin artırılmasını nəzərdə tutan təkmil qanunvericiliyin qüvvəyə minməsi gözlənilir.

Ölkəmizdə fərdi məlumatların mühafizəsi sahəsində nəzarətin təmin edilməsi və vətəndaşların hüquqlarının qorunması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Bu çərçivədə ETX fərdi məlumatların mühafizəsi sahəsində səlahiyyətli orqan kimi ötən il ərzində həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində 3 milyondan çox vətəndaşa aid fərdi məlumatların mümkün sızma hallarının qarşısını alıb.

Eyni zamanda fərdi məlumatların mühafizəsi tələblərinə əməl etməyən 40-dan çox hüquqi şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb və onlar inzibati məsuliyyətə cəlb edilib.

Qurum fərdi məlumatların mühafizəsi sahəsində daxil olan şikayətləri qəbul edir və araşdırır. Vətəndaş müraciətlərinin daha operativ qəbulu və icra vəziyyəti barədə məlumatlandırılmanın təmin edilməsi məqsədilə bu il xüsusi elektron portalın istifadəyə verilməsi nəzərdə tutulur.

Yeni texnologiyaların yaratdığı risklər nəzərə alınaraq fərdi məlumatların mühafizəsi sahəsində öhdəliklərin izah edilməsi və məlumatlılığın artırılması məqsədilə dövlət qurumları, özəl sektor və vətəndaşlar üçün mütəmadi maarifləndirici tədbirlərin keçirilməsi davam etdiriləcək.

Bu il, həmçinin ölkə üzrə fərdi məlumatların işlənildiyi informasiya sistemlərinin uçotunun aparılması, şəffaflığın və nəzarətin artırılması məqsədilə fərdi məlumatların informasiya sistemlərinin mərkəzləşdirilmiş vahid bazasının formalaşdırılması nəzərdə tutulur.

Ümumilikdə həyata keçirilən tədbirlər fərdi məlumatların mühafizəsi sahəsində institusional potensialın gücləndirilməsinə, vətəndaşların hüquqlarının etibarlı şəkildə qorunmasına, eləcə də rəqəmsal mühitdə təhlükəsizliyin və etimadın artırılmasına xidmət göstərir. Vətəndaşları bu prosesdə fəal iştiraka, fərdi məlumatlarını məsuliyyətlə paylaşmağa və pozuntu halları ilə bağlı quruma müraciət etməyə çağırırıq. Fərdi məlumatları toplayan və işləyən tərəfləri isə qanunvericiliklə müəyyənləşdirilən öhdəliklərə ciddi əməl etməyə dəvət edirik", - deyə məlumatda qeyd olunub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Все новости