"Yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edildi

"Yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edildi
06.06.2025 12:22 Maliyyə

Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi perspektivləri müzakirə edilib.

TodayPress TV bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Müzakirələr Filippinin Manila şəhərində ADB-nin təşkilatçılığı ilə “Gələcəyi gücləndirək: Təmiz enerji innovasiyaları, regional əməkdaşlıq və inteqrasiya, maliyyələşmə həlləri” mövzusunda keçirilən “2025-Asiya Təmiz Enerji Forumu” çərçivəsində aparılıb. Tədbirdə Azərbaycanı energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Səfər çərçivəsində Qazaxıstan, Özbəkistan və Qırğızıstan nümayəndələrinin, eləcə də Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının iştirakı ilə Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinə həsr olunmuş dəyirmi masada iştirak edilib. Tədbirdə enerji əlaqələrinin gücləndirilməsi, "yaşıl enerji" nəqli marşrutlarının inkişafı və bu sahədə çoxtərəfli əməkdaşlıq imkanları müzakirə olunub.

Bununla yanaşı, ADB-nin icraçı direktoru Rachel Thompson ilə də görüş baş tutub. Görüşdə Azərbaycanla ADB arasında enerji sahəsində mövcud əməkdaşlıq məsələləri, xüsusilə bərpa olunan enerji və enerji səmərəliliyi layihələrinə dair birgə fəaliyyət perspektivləri müzakirə olunub. Azərbaycanın "yaşıl enerji dəhlizləri"nin inkişafı istiqamətində gördüyü işlər və bu sahəyə investisiya qoyuluşunun dəstəklənməsi üçün maliyyə mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir müavini forum çərçivəsində "Mərkəzi, Qərbi və Şərqi Asiya regionunun birgə gələcəyi üçün Yaşıl Dəhlizlər" mövzusunda təşkil edilən paneldə çıxış edib. Çıxışda Azərbaycanın bərpa olunan enerji sahəsində hədəfləri, "yaşıl enerji"nin ixracı məqsədilə reallaşdırılan regionlararası infrastruktur layihələri və bu kontekstdə Asiya ölkələri ilə mümkün əməkdaşlıq imkanları barədə məlumat verilib. Eyni zamanda, Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı çərçivəsində elan edilmiş enerji təşəbbüslərinin "yaşıl keçid"in sürətləndirilməsi və beynəlxalq tərəfdaşlıq üçün yaratdığı imkanlar vurğulanıb.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər