Sığorta Sektorunun 2025-2027-ci illərdə İnkişaf Strategiyası təsdiq edildi

Sığorta Sektorunun 2025-2027-ci illərdə İnkişaf Strategiyası təsdiq edildi
10.06.2025 17:49 Maliyyə

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) 2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib.

Bu barədə İSB-dən TodayPress TV-yə verilən məlumata görə, strategiya Azərbaycanda icbari sığorta sektorunun dayanıqlı, innovativ və şəffaf inkişafını təmin etmək məqsədilə hazırlanıb.

Sənəddə İSB-nin 2025-2027-ci illər üzrə əsas hədəfləri və həyata keçiriləcək tədbirlər əksini tapıb. İSB-nin missiyası icbari sığorta sektorunun inkişafı üçün sürətli biznes həlləri təmin etmək, bu sahədə hüquqi-normativ bazanın tənzimlənməsinə töhfə vermək, etibarlı, işlək icbari sığorta mühiti yaratmaq və inkişaf etdirmək, icbari sığorta xidmətlərini əlçatan etmək, dayanıqlı və etibarlı qarantiya fondu yaratmaq, bu sahədə ən qabaqcıl təcrübə və yenilikləri tətbiq etməkdir.

Hazırda İSB İnformasiya Mərkəzi, Qarantiya Fondu, Sığorta Beyin Mərkəzi, Yaşıl Kart Bürosu və Təbliğat-Təşviqat sahələri üzrə fəaliyyət göstərməklə icbari sığorta sektorunun dayanıqlı inkişafında və effektiv tənzimlənməsində mühüm rol oynayır.

İSB-nin qarantiya fondu kimi maliyyə dayanıqlığının və funksional səmərəliliyinin gücləndirilməsi icbari sığorta sisteminin uzunmüddətli etibarlılığının təmin olunması baxımından əsas strateji hədəflərdən biri kimi müəyyən edilib.

Vahid Məlumat Mərkəzinin yaradılması, data və süni intellekt texnologiyalarının strateji qərarvermə prosesinə inteqrasiyası, sığorta sektorunda innovasiya fəaliyyətinin stimullaşdırılması, eləcə də dayanıqlı və təhlükəsiz İT infrastrukturunun formalaşdırılması istiqamətində həyata keçiriləcək işlər prioritet fəaliyyət istiqamətləri kimi nəzərdə tutulur.

Azərbaycan Yaşıl Kart Bürosunun fəaliyyətinin təkmilləşdirilməsi, Təkmil Metodoloji Mərkəzin yaradılması, effektiv kompensasiya ödənişləri və subroqasiya mexanizminin formalaşdırılması, eləcə də institusional inkişafla bağlı məsələlər də strategiyada öz əksini tapıb. Bununla yanaşı, korporativ idarəetmə modelinin formalaşdırılması, ictimaiyyətlə əlaqələrin inkişaf etdirilməsi istiqamətində əsas fəaliyyət istiqamətləri müəyyən olunub.

Strategiyada müasir idarəetmə prinsiplərinə uyğun olaraq risklərin effektiv şəkildə idarə olunmasını təmin edən sistemin yaradılması, həmçinin rəqəmsallaşma prosesinin sürətləndirilməsi məqsədilə kağız daşıyıcılardan istifadənin minimuma endirilməsi də əsas hədəflər sırasına daxil edilib.

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası ilə linkdən tanış ola bilərsiniz.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər