"Naxçıvan İpoteka Fondu"nda nöqsanlar aşkarlandı

"Naxçıvan İpoteka Fondu"nda nöqsanlar aşkarlandı
30.07.2025 15:10 Maliyyə

Hesablama Palatası “Naxçıvan İpoteka Fondu" ASC-yə ayrılan dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə və idarəedilməsinin hüquqi aktlara uyğunluğunu audit edib.

TodayPress TV Palataya istinadən xəbər verir ki, audit 2023-2024-cü illəri əhatə edib.

Hər iki ildə "Naxçıvan İpoteka Fondu"na Muxtar Respublika büdcəsindən 2,75 milyon manat vəsait ayrılıb, 2023-cü ildə 1 milyon 543,3 min manat, 2024-cü ildə isə 3 milyon 956,7 min manat vəsait güzəştli (4%) kreditləşməyə yönəldilib. Cəmiyyət 2023-cü ildə adi ipoteka (8%) kreditləşməsinə 1 milyon 31,7 min manat, 2024-cü ildə isə 1 milyon 865,1 min manat vəsait cəlb edb. Cəmiyyətin 2023-cü ildə faiz gəlirlərindən 485,1 min manat, 2024-cü ildə isə 589,2 min manat gəliri olub.

Cəmiyyətin 01 yanvar 2025-ci il tarixə aktiv güzəştli kreditlərin məbləği 11 605,7 min manat, adi kreditlərin məbləği 7 063,3 min manat olmaqla, ümumilikdə kredit portfeli 18 668,9 min manat olmuşdur.

Güzəştli ipoteka kreditlərinə şamil edilməyən və güzəştli kateqoriyaya daxil olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş adi ipoteka kreditləri hazırda yalnız Naxçıvan İpoteka Fondu ASC-nin yığımı hesabına maliyyələşdirilir. Bu istiqamət üzrə illik maliyyələşmənin həcmi cəmi orta hesabla 1 000 000 (bir milyon) manat təşkil edir ki, bu vəsaitlə orta hesabla 7 nəfər vətəndaş ipoteka kreditindən yararlana bilir. Mövcud vəziyyət əhalinin mənzilə olan yüksək tələbatı fonunda kifayət qədər məhdud imkan yaradır və yalnız çox az bir hissəni əhatə edir.

Naxçıvan Muxtar Respublikasında vətəndaşların ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsi və limitlərin müəyyən olunması prosesində şəffaflıq və operativliyin təmin edilməsi məqsədilə ipotekanın əldə edilməsi üçün müraciətlərin elektron sistem vasitəsi ilə həyata keçirilməsi üçün hüquqi və elektron bazanın olmaması ipoteka kreditlərinin verilməsində bir çox çətinliklər yaradır. Elektron sistem olmadığından vətəndaşlar tərəfindən həm müvəkkil banklara, həm də İpoteka Fonduna çoxsaylı (təqribən illik 450 müraciətdən çox) müraciətlər olunur və müraciət edən vətəndaşa müvafiq sıranın çatması uzun müddət tələb edir.

Auditlə aşağıdakılar nöqsanlar müəyyən olunmuşdur:

“Naxçıvan İpoteka Fondu” ASC tərəfindən 2023-cü il və sonrakı üç il üçün büdcədən vəsaitlərin ayrılması məqsədilə proqnoz layihəsi hazırlanaraq təqdim edilmişdir. Müvafiq proqnoz layihəsinə uyğun olaraq 2023-cü il üçün 850,0 min manat vəsait istənilsə də, büdcədən 2 750,0 min manat vəsait ayrılmışdır. Lakin müvafiq il üzrə həmin vəsaitin 56,1%-i yəni 1 543,0 min manatı ipoteka kreditləşməsinə yönəldilərək sərf edilmiş, 1 207,0 min manatı qalıq kimi saxlanılmışdır. Qeyd edək ki, vəsaitin hesabda qalıq kimi saxlanılması və ipoteka kreditləşməsinə cəlb edilməməsi Cəmiyyətin gəlirlərinin azalmasına səbəb olmuşdur.

Qanunvericiliyin tələbləri gözlənilməyərək 14 borcalan üzrə 90 gündən çox gecikmə nəticəsində ümumilikdə 560,6 min manat vəsaitin müvəkkil bankdan geri alınması ilə bağlı Cəmiyyət tərəfindən nəticəli tədbir görülməmişdir.

Qanunvericiliyə zidd olaraq auditin əhatə etdiyi dövrdə Naxçıvanbank tərəfindən verilmiş cəmi 60 ipoteka krediti üzrə 3 397,2 min manat vəsaitin ilkin maliyyəşməsi aparılmadan yenidən maliyyələşdirməsi həyata keçirilmişdir. Müvafiq olaraq ilkin maliyyəşmənin həyata keçirilməməsi nəticəsində sonrakı hər gün üçün yenidən maliyyələşdirməyə qədər hesablanmalı olan itirilmiş faiz gəlirləri 21,2 min manat təşkil etmişdir.

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2024-cü il 24 iyul tarixli Qərarı ilə ləğv olunan “Naxçıvanbank” ASC tərəfindən 2023-2024 cü illər üzrə məcmu kapitalın məbləği, adekvatlıq əmsalı, yüksək likvid aktivlərin cəmi aktivlərə nisbəti, ani likvidlik əmsalı, orta aktivlərin rentabelliyi və orta kapitalın rentabelliyi və filialların sayı barədə maliyyə-statistik göstəriciləri barədə məlumatlar rüblük qaydada Cəmiyyətə təqdim edilməmiş, bu, kredit portfelinin keyfiyyətinin qiymətləndirilməməsinə, problemli kreditlərin (təxirə salınmış və ya ödənilməyən borcların) yaranmasına səbəb olmuşdur.

Cəmiyyətin Nizamnaməsinin tələbləri gözlənilməyərək strukturu, işçilərin say həddi, vəzifə maaşı və aylıq əməkhaqqı fondu 02 fevral 2022-ci il tarixli 28 nömrəli Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Qərarının 16 nömrəli əlavəsi ilə təsdiq edilmişdir. Müvafiq olaraq auditin əhatə etdiyi dövrdə ştat cədvəlləri həmin qərar əsasında tərtib və təsdiq edilərək, icrası həyata keçirilmişdir.

Cəmiyyətə 2023 - 2024-cü illərdə büdcədən ayrılmış 5 500,0 min manat vəsait “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”da öz əksini tapmasına baxmayaraq həmin məbləğ “Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat”da Cəmiyyətin gəliri kimi tanınmamışdır.

XƏBƏR LENTİ
15 IYUN 2026
Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Bütün Xəbərlər