Dövlət qurumlarının hesabatlarında 105 mln. manatlıq uyğunsuzluq aşkarlandı

Dövlət qurumlarının hesabatlarında 105 mln. manatlıq uyğunsuzluq aşkarlandı
29.07.2025 15:49 Maliyyə

Hesablama Palatası maliyyə hesabatlarında 105 milyon manatlıq uyğunsuzluq aşkarlayıb.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, Hesablama Palatasının 2025-ci ilin ilk yarısı üzrə hesabatına əsasən, dövlət qurumlarının maliyyə hesabatlarında ümumilikdə 105,1 milyon manatlıq uyğunsuzluq müəyyən edilib.

Hesabata görə, bu məbləğin 12,6 milyon manatı əhəmiyyətli təhrif kimi qiymətləndirilib. Uyğunsuzluqlar əsasən dövlət vəsaitlərinin uçotu və istifadə olunması zamanı mühasibat və hesabat sistemlərində yol verilmiş nöqsanlar nəticəsində yaranıb.

Qeyd olunur ki, bəzi qurumlarda dövlət əmlakı və aktivlərinin real dəyəri uçota düzgün alınmayıb, bəzi hallarda isə gəlir və xərclər qeyri-dəqiq şəkildə əks olunub.

Hesablama Palatası bu nöqsanların aradan qaldırılması və maliyyə nizam-intizamının gücləndirilməsi məqsədilə aidiyyəti qurumlara təkliflər təqdim edib. Qurum, həmçinin, bu sahədə şəffaflığın artırılması üçün monitorinqlərin davam etdiriləcəyini bildirib.


XƏBƏR LENTİ
16 IYUN 2026
İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Bütün Xəbərlər