Büdcənin sərbəst qalığı depozit kimi banklara yerləşdirilib

Büdcənin sərbəst qalığı depozit kimi banklara yerləşdirilib
08.09.2025 16:50 Maliyyə

Bu ilin iyulun 1-nə yerli banklarda vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığı hesabına yerləşdirilən depozitlərin həcmi 2,5 milyard manat olub.

TodayPress TV xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik məlumata Xülasə"də bildirilib.

"Hesabat dövründə ilk dəfə olaraq dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə aprel ayından başlayaraq vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracları təşkil edilib. Bu əməliyyatlar bankların likvidliyinə artırıcı təsir göstərib, izafi likvidliyin aradan qaldırılması məqsədilə Mərkəzi Bank hesabat dövründə sterilizasiya əməliyyatlarını (repo və depozit hərracı) diqqətdə saxlayıb", - xülasədə qeyd olunub.

Sərbəst qalıq vəsaitlərinin idarəedilməsindən daxilolmalar hesabat dövründə 1,4 milyon manat proqnoza qarşı 23,4 milyon manat (16,7 dəfə çox)  icra edilib ki, bunun da 14,6 milyon manatı əvvəlki ildə Azərbaycan Dövlət Neft Fonduna idarəetməyə verilmiş vəsaitlər üzrə hesablanmış gəlirlərdir (ARDNF-in məlumatlarına əsasən).

Qeyd edək ki, bu mənbə üzrə illik proqnoz 10 milyon manat təsdiq edilib. Aparılan təhlillər müvafiq əməliyyatlar üçün sərbəst qalıq vəsaitləri ilə yanaşı, müstəqil kredit sərəncamçılarının da vəsaitlərindən istifadə edildiyini deməyə əsas verir. Hesabat dövründə bu prosesin hüquqi tənzimləməsi mövcud olmasa da, "Büdcə sistemi haqqında" Qanuna 2025-ci il 14 iyul tarixli dəyişikliklərlə büdcə ili ərzində vahid xəzinə hesabının qalığının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən idarə olunması və idarəetməyə verilməsi barədə maddə əlavə edilib. Bu dəyişikliklər "Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları"nda, eləcə də vahid büdcə təsnifatında büdcə gəlirlərinin təsnifatında "Sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar" paraqrafında uyğunlaşmaları zəruri edir.

Aparılmış təhlil hesabat dövrünün ayları üzrə dövlət büdcəsinin icrası ilə bağlı ayın sonuna qalığın məbləğinin ayın əvvəlinə olan qalıq göstərici + profisit (kəsir) + kəsirin maliyyələşdirilməsi məbləğinə bərabər olmadığını göstərir. Ümumilikdə hesabat dövrü üzrə fərq məbləği cəmi 198,9 milyon manat təşkil edib.

Təhlilər göstərir ki, daxili dövlət borcunun istiqraz portfelində qısa və ortamüddətli istiqrazların payı əvvəlki dövrə nisbətən əhəmiyyətli dərəcədə azalıb ki, bu da dövlətin borc portfelini uzunmüddətli istiqamətə yönəltmək strategiyasının nəticəsi kimi qiymətləndirilə bilər. 2-3 illik istiqrazların həcmi əvvəlki dövrə nisbətən kəskin azalıb, lakin portfeldə hələ də əsas paya malikdir, bu da dövlət borcunun ortamüddətli ödəniş strukturunu formalaşdırır. Əhəmiyyətli artım isə 5 illik və daha uzun müddətli istiqrazlarda müşahidə olunur ki, onların payı həm dövlət qiymətli kağızları, həm də daxili dövlət borcu üzrə nəzərəçarpacaq dərəcədə yüksəlib. Bu tendensiya dövlət istiqrazlarının orta ödəniş müddətini əhəmiyyətli dərəcədə artıraraq 1,47 ildən 2,93 ilə çatmasını şərtləndirib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 Bütün Xəbərlər