BOKT-lar I yarımildə 13 milyon manatdan çox zərər edib

BOKT-lar I yarımildə 13 milyon manatdan çox zərər edib
25.07.2025 12:05 Maliyyə

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I yarısını 13,2 milyon manat xalis zərərlə başa vurub. Halbuki, BOKT-lar ötən ilin eyni dövründən 76,6 milyon manat xalis mənfəətlə çıxmışdı.

TodayPress TV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 6 ay ərzində BOKT-ların əməliyyat gəlirləri 218,2 milyon manat (illik müqayisədə 26,2 % çox), əməliyyat xərcləri 149,5 milyon manat (93,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 76,8 milyon manat (26,5 dəfə çox), gözlənilməz gəlirləri 0,2 milyon manat (eyni), mənfəət vergisi ödəmələri isə 5,3 milyon manat (3,1 dəfə az) təşkil edib.

Bu il iyulun 1-nə BOKT-ların aktivləri 963,4 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,8 % çoxdur. Bunun 671,8 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 6,5 % böyüyüb.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 6,8 % artaraq 512,5 milyon manata, balans kapitalı IS' 20,5 % artaraq 450,8 milyon manata, o cümlədən nizamnamə kapitalı 28,7 % artaraq 272,2 milyon manata çatıb.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər