ARDNF-nin investisiya portfelində qızılın payı artdı

ARDNF-nin investisiya portfelində qızılın payı artdı
16.07.2025 12:27 Maliyyə

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bu ilin ilk yarısında investisiya portfelində qızılın payı 26%-i ötüb.

TodayPress TV xəbər verir ki, Fond ilin ikinci rübündə də qızıl alışını davam etdirib. Paralel olaraq, qlobal bazarlarda qızılın qiymətinin yüksək olması Fondun aktivlərində də onun payının yüksək olmasına təsir edib.

Qeyd edək ki, ARDNF-nin İnvestisiya siyasətinə əsasən yuxarı uzaqlaşma intervalı maksimum 4 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 25 faizə qədəri qızıla investisiya edilə bilər. Başqa sözlə, qiymət dəyişməsi fonunda qızılın portfeldə payı 29%-ə qədər arta bilər.

Xatırladaq ki, 2025-ci ilin birinci rübü ərzində Fondun qızıl portfeli artaraq 31 mart 2025-ci il tarixinə 165,3 ton təşkil edib. Fonddan verilən açıqlamada qızıl portfelinin maksimal həddə çatdırılacağı bildirilmişdi. Bu, qızılın uzunmüddətli dövrdə dəyərini qoruyub saxlayan etibarlı investisiya aləti hesab edilməklə yanaşı, inflyasiya riskinə qarşı effektiv müdafiə mexanizmi olan aktiv növü hesab olunması, geosiyasi gərginliklər və qlobal bazarlardakı qeyri-sabitlik fonunda qızıl ehtiyatlarının artırılması xarici valyuta ehtiyatlarının şaxələndirilməsi və risklərin azaldılması baxımından strateji əhəmiyyətə malik olması ilə əsaslandırılmışdı

XƏBƏR LENTİ
15 IYUN 2026
Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 Bütün Xəbərlər