ARDNF-in aktivləri 79 milyard dollara çatdı

ARDNF-in aktivləri 79 milyard dollara çatdı
25.09.2025 09:40 Maliyyə

Azərbaycanın fiskal və xarici dayanıqlılığı güclü olaraq qalır.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB-EBRD)Azərbaycanın iqtisadi göstəricilərinə dair proqnozunda bildirilib.

Hesabata görə, 2025-ci ilin ilk yarısında dövlət büdcəsi ÜDM-in 4,4 faizi həcmində profisitlə icra olunub. Xarici valyuta ehtiyatları, o cümlədən Dövlət Neft Fondunun aktivləri 78,8 milyard ABŞ dollarına çataraq üç ildən çox idxalı qarşılamağa imkan verib. Bu şəraitdə beynəlxalq reytinq agentliyi “Moody’s” 2025-ci ilin iyununda Azərbaycanın suveren reytinqini “Baa3” səviyyəsinə qaldırıb.

AYİB bildirir ki, 2025-ci ilin ilk səkkiz ayında inflyasiya 5,6 faizə yüksəlib. Buna baxmayaraq, Mərkəzi Bank iyulda uçot dərəcəsini 25 baza bəndi azaldaraq 7 faizə endirib. 2023-cü ilin sonundan bəri ümumilikdə 200 baza bəndi yumşaldılma həyata keçirilib.

Bankın proqnozuna görə, Azərbaycanın real ÜDM-i 2025-ci ildə 2 faiz, 2026-cı ildə isə 2,5 faiz artacaq. Enerji qiymətlərində dəyişkənlik və regional geosiyasi risklər əsas təhlükələr olaraq qalır. Eyni zamanda, Avropa İttifaqı ilə enerji əməkdaşlığının genişlənməsi, Orta Dəhlizin inkişafı və ABŞ-ın dəstəklədiyi sülh ölkəyə yeni imkanlar aça bilər.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər