Tahir Gözel Nigeriyada qubernatorla görüşdü

Tahir Gözel Nigeriyada qubernatorla görüşdü
17.06.2025 10:16 İqtisadiyyat

Aparıcı iş adamı Tahir Gözel Nigeriyanın Laqos şəhərinə və Oyo əyalətinə səfər edərək Oyo əyalətinin qubernatoru cənab Oluwaseyi Makinde ilə yüksək səviyyəli işgüzar görüş keçirib. Görüş zamanı tərəflər Azərbaycan ilə Nigeriya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, Tahir Gözel Azərbaycan və Nigeriya arasında ticarət əlaqələrinin genişləndirilməsi perspektivlərinə toxunaraq, ölkəmizin bu sahədə təklif edə biləcəyi imkanlar və qarşılıqlı faydalı tərəfdaşlıq modelləri barədə danışıb.

Gözel eyni zamanda texnologiya yönümlü təhsil müəssisəsinin təsis olunmasına maraqlı olduğunu qeyd edərək, bu təşəbbüsün ölkənin rəqəmsal inkişafına ciddi töhfə verəcəyinə inandığını vurğulayıb. Qubernator Makinde öz növbəsində Oyo əyalətinin beynəlxalq əməkdaşlığa və yeni tərəfdaşlıqlara açıq olduğunu bildirib.

Azərbaycandan gələcək investisiya dəstəyinin əhəmiyyətini vurğulayan Qubernator Makinde, Gözelin ziyarətinin iki ölkə arasındakı əlaqələri gücləndirəcəyini və ziyarətdən çox məmnun olduğunu qeyd etdi.

O, əlavə olaraq, aqrar biznes, faydalı qazıntıların işlənməsi və turizm sahələrində mövcud olan ticarət və investisiya imkanlarına diqqət çəkib.

Səfər çərçivəsində Tahir Gözel həm də xarici investorlara, eləcə də Gözelə investisiya dəstəyi üçün müraciət edən Nigeriyada uğur qazanmış 21 sahibkarla görüşüb, onların təcrübələrini dinləyib və qarşılaşdıqları çətinliklər, layihələri, investisiya imkanları barədə məlumat alıb.

Görüşlər zamanı texnologiya sahəsində ixtisaslaşmış təhsil müəssisəsinin ölkədə rəqəmsal inkişafa, işçi qüvvəsinin ixtisas səviyyəsinin artırılmasına və biliklərin inkişafına verə biləcəyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.

FOTOLAR

Tahir Gözel Nigeriyada qubernatorla görüşdü — 1
Tahir Gözel Nigeriyada qubernatorla görüşdü — 2
Tahir Gözel Nigeriyada qubernatorla görüşdü — 3
Tahir Gözel Nigeriyada qubernatorla görüşdü — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər