Rəşad Nəbiyev: “Zəngəzur dəhlizi əhəmiyyətli logistik xəttdir”

Rəşad Nəbiyev: “Zəngəzur dəhlizi əhəmiyyətli logistik xəttdir”
26.11.2025 11:28

Azərbaycan nəqliyyat sektorunda həyata keçirilən genişmiqyaslı layihələr regionun tranzit xəritəsini əsaslı şəkildə yeniləyir.

TodayPress TV xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev  Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasında bildirib.

Nazirin sözlərinə görə, infrastrukturun modernləşdirilməsi, tranzit imkanlarının genişləndirilməsi və tarif siyasətinin optimallaşdırılması ölkələr arasında daha dərin inteqrasiyanı təmin edən əsas amillərdəndir.

"Azərbaycan Rusiya ilə birlikdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində tranzit daşımalarının artırılması üzrə əməkdaşlıq sazişi imzalayıb. Sənədə əsasən, bu marşrut üzrə yük dövriyyəsinin 2028-ci ilədək 5 milyon tona, gələcəkdə isə 15 milyon tona çatdırılması nəzərdə tutulur.

Dəhlizin Azərbaycan hissəsində Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması ilin sonunadək başa çatdırılacaq. Paralel olaraq Ələt-Osmanlı-Astara xəttində genişmiqyaslı tikinti və bərpa işləri aparılır.

İranla əməkdaşlıq çərçivəsində Astara terminalının tikintisi və istismarına dair Strateji Əməkdaşlıq Planı həyata keçirilir. Terminal 25 illik müddətə Azərbaycana təhvil verilib və tikintinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır".

Rəşad Nəbiyev vurğulayıb ki, Zəngəzur dəhlizi həm Şimal-Qərb, həm də Şimal-Cənub istiqamətləri üçün əhəmiyyətli logistik xəttdir. 

"Hazırda dəhlizin tikintisi sürətlə davam edir və ötürmə qabiliyyətinin ildə 15 milyon tona çatdırılması nəzərdə tutulur.

Horadizdən Ermənistan sərhədinədək dəmir yolu xəttinin 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, Naxçıvan istiqamətində təxminən 200 kilometrlik magistralın layihələndirilməsi başa çatıb və yaxın günlərdə tikintiyə start veriləcək".

Nazir ilin əvvəlində Bakı Beynəlxalq Dəniz Limanının Azərbaycan Dəmir Yolları strukturuna inteqrasiyasının mühüm nəticələr verdiyini də vurğulayıb. Onun sözlərinə görə, cari ilin 10 ayında limanda emal olunan yüklərin həcmi 40% artıb. İl sonunadək 100 min TEU göstəricisi ilə rekord nəticə gözlənilir.

Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi nəticəsində ötürmə qabiliyyəti 1 milyondan 5 milyon tona yüksəldilib.

O əlavə edib ki, “vahid pəncərə” sistemi, elektron hərəkət vərəqələri və beynəlxalq yükdaşımaları əlaqələndirən rəqəmsal mexanizmlər logistik əməliyyatları xeyli sadələşdirib:

"Azərbaycan bu sahədə regional tərəfdaşlarla təcrübə mübadiləsinə hazırdır. Son illərdə həyata keçirdiyimiz layihələr regionun nəqliyyat xəritəsini əhəmiyyətli dərəcədə dəyişib. Əminəm ki, aparılan müzakirələr geniş regionların inkişafına öz töhfəsini verəcək".

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Все новости