Niderland və ABŞ şirkətləri ƏDV məqsədləri üçün qeydiyyata alındı

Niderland və ABŞ şirkətləri ƏDV məqsədləri üçün qeydiyyata alındı
23.07.2025 14:40 İqtisadiyyat

Azərbaycanda bir neçə beynəlxalq şirkət elektron qaydada Dövlət Vergi Xidmətinin portalında vergi uçotuna alınıb.

TodayPress TV bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.

Məlumata görə, Niderlandın “Elsevier BV”, eləcə də ABŞ-ın “Match Group” şirkətlər qrupuna daxil olan 2 şirkətin Azərbaycanda ƏDV məqsədləri üçün qeydiyyatı bu il iyulun 1-dən qüvvəyə minib.

Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə uyğun olaraq, göstərilən tarixdən etibarən, adıçəkilən şirkətlər tərəfindən təqdim edilən xidmətlərin alınmasına görə fiziki şəxslərin həyata keçirdikləri ödənişlər zamanı banklar ƏDV məbləği hesablamır.

“Elsevier BV” elmi nəşriyyat sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkət, əsasən elmi, texniki və tibbi sahələr üzrə akademik jurnalların, kitabların və rəqəmsal resursların nəşri ilə məşğuldur. O, Niderland Krallığında qeydiyyatdadır və fəaliyyətini qlobal səviyyədə həyata keçirir.

“Match Group” şirkətlər qrupuna daxil olan digər 2 şirkət isə dünyanın bir çox ölkəsində milyonlarla istifadəçiyə xidmət göstərir və sosial platformalar arasında liderlər sırasındadır.

Qeyd edək ki, bundan əvvəl “Apple Distribution International Limited” , “Adobe Systems Software Ireland Limited” və “Sony Interactive Entertainment Network Europe Limited” şirkətləri də Azərbaycanda ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. DVX bu prosesin davamlı olması üçün müvafiq tədbirlər həyata keçirir. Bu addımlar rəqəmsal xidmətlərin vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və ədalətli rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər