Naxçıvandan Türkiyəyə ixracın həcmi 24,8 faiz artıb

Naxçıvandan Türkiyəyə ixracın həcmi 24,8 faiz artıb
03.12.2025 14:48

Bu ilin 10 ayı ərzində Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq 47,8 milyon ABŞ dolları təşkil edib.

TodayPress TV xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Naxçıvanda keçirilən II Azərbaycan-Türkiyə regional iqtisadi forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Türkiyəyə ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 faiz artıb. Türkiyə muxtar respublikanın xarici ticarət dövriyyəsində ilk yeri tutaraq 46,5 faizlik paya malik olub. Naxçıvandan Türkiyəyə mineral sular, tütün məmulatları, günəbaxan tumu, meyvə qurusu, plastik və travertin daş məhsullarının ixracı həyata keçirilib, Türkiyənin Naxçıvana ixracatında ərzaq və kənd təsərrüfatı məhsulları, məişət elektrik əşyaları, mebel, tekstil məhsulları, müxtəlif texnikalar üstünlük təşkil edib.

Qeyd olunub ki, Naxçıvanda fəaliyyət göstərən xarici kapitallı şirkətlərin böyük hissəsini türk şirkətləri təşkil edir. Hazırda muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrində türk iş adamları ilə birgə yaradılmış sahibkarlıq subyektləri aktiv fəaliyyət göstərir.

AZƏRTAC

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Все новости