Ərəb Koordinasiya Qrupunun yüksək səviyyəli dəyirmi masası keçirildi

Ərəb Koordinasiya Qrupunun yüksək səviyyəli dəyirmi masası keçirildi
06.11.2025 02:11

Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Ərəb Koordinasiya Qrupunun (ƏKQ) Yüksək Səviyyəli Dəyirmi Masası keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Ərəb Koordinasiya Qrupunun yüksək səviyyəli nümayəndə heyətini ölkəmizdə salamlamaqdan məmnunluğunu ifadə edib. Azərbaycanın Qrupa daxil olan institutlarla səmərəli tərəfdaşlıq əlaqələri qurduğunu vurğulayıb. Bildirilib ki, İslam İnkişaf Bankı (İİB) və OPEC Fondu ölkəmizdə dayanıqlı inkişaf, sosial rifahın artırılması və iqtisadi infrastrukturun gücləndirilməsi üzrə layihələrin maliyyələşdirilməsində iştirak edib, həmçinin Qrupa daxil olan digər üzv qurumların ölkəmizdə həyata keçirilən layihələrə qoşularaq Azərbaycanın sosial-iqtisadi tərəqqisinə töhfələr veriblər.

İqtisadiyyat naziri ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verərək, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və əldə edilən nəticələr barədə məlumat verib. Həmçinin, işğaldan azad edilmiş ərazilərin bərpası və bu ərazilərin iqtisadi dirçəlişi istiqamətində həyata keçirilən proqramlar, sahibkarlıq fəaliyyətinin təşviqi üçün tətbiq edilən güzəşt və stimullar, Qarabağ və Şərqi Zəngəzurun geniş iqtisadi potensialı qonaqların diqqətinə çatdırılıb.

İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycan və ƏKQ arasında möhkəm tərəfdaşlığı qeyd edib. Əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Dəyirmi masanın qarşılıqlı fəaliyyətin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Bankın Azərbaycanla güclü infrastrukturun qurulması, istehsal potensialının reallaşdırılması, rəqəmsal transformasiya və digər istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərdə perspektiv layihələrdə iştirakda maraqlı olduğu qeyd edilib.

OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə Fondun Azərbaycanla əlaqələrinin möhkəm etimada əsaslandığını vurğulayıb. Enerji, nəqliyyat, su təchizatı, kənd təsərrüfatı sahələrində işbirliyi qeyd edilib. Fondun infrastrukturun inkişafı, ətraf mühitin qorunması, ərzaq təhlükəsizliyi və digər prioritet sahələrdə tərəfdaşlığa önəm verdiyi diqqətə çatdırılıb. Qurumun Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsinə önəm verdiyi bildirilib.

Tədbirdə çıxış edən Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl-Suveydi bildirib ki, son illər Azərbaycan və Birləmiş Ərəb Əmirlikləri arasında güclü iqtisadi tərəfdaşlıq münasibətləri formalaşıb və birgə layihələrin həyata keçirilməsi bu əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcək.

Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad Azərbaycanla dostluq və etimada əsaslanan tərəfdaşlığın mövcud olduğunu qeyd edib. Bugünkü görüşdən sonra qarşılıqlı münasibətlərdə ölkəmizin milli inkişaf hədəflərinə uyğun yeni mərhələnin başlanacağına və əməkdaşlığın daha sıx şəkildə inkişaf edəcəyinə inandığını vurğulayıb.

Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun icraçı direktoru vəzifəsini icra edən Valid Əl-Bahar Fondun əsas missiyasının üzv ölkələrin və tərəfdaş dövlətlərin iqtisadi və sosial inkişafına dəstək vermək olduğunu bildirib. Qeyd edilib ki, Şərq və Qərb arasında mühüm körpü rolunu oynayan ölkəmiz zəngin təbii sərvətlərə, məhsuldar torpaqlara və yüksək ixtisaslı insan resurslarına malikdir. Azərbaycanla iqtisadi şaxələndirmə, sosial-inkişafın təmin edilməsi, eləcə də texniki yardım istiqamətində əməkdaşlığın genişlədirilməsi üçün böyük potensial mövcuddur.

Dəyirmi masa çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq dayanıqlı inkişaf, şəhərsalma, su ehtiyatlarının idarə edilməsində səmərəliliyin artırılması, nəqliyyat infrastrukturunun modernləşdirilməsi ilə bağlı layihələr barədə məlumat verilblər. Dəyirmi masa çərçivəsində perspektiv layihələrlə bağlı təqdimatlar nümayiş etdirilib.

Dəyirmi masa çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ərəb Koordinasiya Qrupunun üzvləri arasında Niyyət Bəyannaməsi” imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir, OPEC Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əlxəlifə, Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl-Suveydi, Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad və Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun icraçı direktoru Valid Əl-Bahar imzalayıblar.

Niyyət Bəyannaməsinə əsasən tərəflər “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər” sənədinə uyğun olaraq Azərbaycan Respublikasında infrastruktur layihələrinə Ərəb Koordinasiya Qrupunun üzv qurumları tərəfindən güzəştli maliyyələşmə imkanlarının cəlb olunması istiqamətində əməkdaşlığın genişləndirilməsi niyyətlərini ifadə ediblər. Sənəd həmçinin, məlumat və təcrübə mübadiləsinə əsaslanan əməkdaşlığın təşviqini nəzərdə tutur.

Daha sonra “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Əbu-Dabi İnkişaf Fondu arasında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl-Suveydi imzalayıblar.

İmzalanmış sənədlər Azərbaycanın Ərəb Koordinasiya Qrupu ilə tərəfdaşlığını yeni mərhələyə yüksəldərək birgə fəaliyyətin səmərəliliyinin artırılması, işgüzar platformaların və investisiyaların təşviqi üçün yeni mexanizmlərin yaradılmasını əhatə edir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 Все новости