Dünya fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı

Dünya fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı
22.09.2025 10:07 İqtisadiyyat

ABŞ fond bazarlarında əsas indekslər artım nümayiş etdirib.

TodayPress TV xəbər verir ki, “Dow Jones Industrial Average” 0,37% artaraq 46 315,27 bəndə, “S&P 500” 0,49% artaraq 6 664,36 bəndə, “Nasdaq Composite” 0,72% artaraq 22 631,48 bəndə yüksəlib.

Kanada birjasının əsas göstəricisi olan “S&P/TSX Composite” də 1,07% artaraq 29 768,36 bənd təşkil edib. Yeganə azalma “NYSE Composite Index”də qeydə alınıb – indeks 0,05% azalaraq 21 493,97 bəndə enib.

Avropa fond bazarlarında isə qarışıq dinamika müşahidə olunub. “Euro Stoxx 50” 0,03% artaraq 5 458,42 bəndə, İspaniyanın “IBEX 35” indeksi 0,56% artaraq 15 260,70 bəndə yüksəlib. Digər tərəfdən, Böyük Britaniyanın “FTSE 100” indeksi 0,12% azalaraq 9 216,67 bəndə, Almaniyanın “DAX” indeksi 0,15% azalaraq 23 639,41 bəndə, Fransanın “CAC 40” indeksi isə 0,01% azalaraq 7 853,59 bəndə geriləyib.

ABŞ-də artımın əsas səbəbi texnologiya şirkətlərinin səhmlərində müşahidə olunan canlanma və Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətinə dair yumşalma gözləntiləri olub. Avropada zəif dinamikanın səbəbi isə enerji qiymətlərində qeyri-sabitlik və Avropa Mərkəzi Bankının (ECB) faiz siyasətinə dair qeyri-müəyyənliklərlə izah olunur.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 Bütün Xəbərlər