"Bitcoin"in qiyməti 68 min dollardan aşağı endi

"Bitcoin"in qiyməti 68 min dollardan aşağı endi
18.02.2026 10:25

Kriptovalyuta bazarında əsas aktivlər üzrə son sutkada azalma qeydə alınıb.

TodayPress TV CoinMarketCap platformasına istinadən xəbərə verir ki, bazarın ümumi kapitallaşması 0,66% azalaraq 2,34 trilyon dollara enib.

Bazarın ümumi dinamikasını əks etdirən CMC20 indeksi isə sutka ərzində 0,80% geriləyərək 140,21 bənd təşkil edib.

Ən böyük kriptovalyuta olan "Bitcoin"in qiyməti 1,02% azalaraq 67 748 dollar təşkil edib. "Ethereum"un qiyməti isə 0,45% artaraq 1 997 dollar səviyyəsində formalaşıb.

Digər əsas aktivlərdən BNB 1,47% azalaraq 616 dollar, Monero 0,95% azalaraq 333 dollar, Bittensor (TAO) isə 2,78% azalaraq 191 dollar olub.

Qızıl dəstəkli tokenlərdə də geriləmə müşahidə olunub. Belə ki, "PAX Gold"un qiyməti 0,44% azalaraq 4 935 dollar, Tether Gold isə 0,37% azalaraq 4 910 dollar təşkil edib.

Bazarda psixoloji vəziyyəti ölçən Fear & Greed indeksi 12 bənd səviyyəsində qalaraq investorlar arasında qorxu mühitinin gücləndiyini göstərib.

Analitiklər enişi qlobal bazarlarda risk iştahasının zəifləməsi və “ayı trendi”nin güclənməsi ilə əlaqələndirirlər.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Увидев турка в Армении, люди реагировали негативно — ВИДЕО 15:18 Оскорбление мусульман от Джими: однажды мы вас расчленим и закопаем! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Подписанное в Шуше соглашение вызвало страх у русских и армян, увидев подпись Алиева… 14:36 Сделаем России хуже, чем в 1941-м: в Германии заговорили о возможном ударе 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Началась встреча глав МИД России и Турции 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Пашинян выдаст Кочаряна Баку? — НЕОЖИДАННЫЙ ПЛАН, взбудораживший Ереван 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Все новости