Beynəlxalq uçuşlara tələbat artdı

Beynəlxalq uçuşlara tələbat artdı
03.12.2025 15:43

Beynəlxalq sərnişindaşımalara tələbatın (RPK) həcmi oktyabr ayında illik ifadədə 8,5 faiz artıb.

TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) məlumat yayıb.

Qeyd olunur ki, iki rəqəmli artım tempi Asiya-Sakit okean regionunda və Yaxın Şərqdə müşahidə olunub.

“Yüklənmə əmsalı Şimali və Cənubi Amerika istisna olmaqla bütün regionlarda yaxşılaşıb. Asiyada sərnişin axını güclü dinamika göstərib: Çin, Yaponiya və Vyetnama olan və bu ölkələrdən həyata keçirilən daşımalar nəzərəçarpacaq dərəcədə artıb — hər bir istiqamət üzrə illik artım 10 faizi keçib. Yaxın Şərqdəki əhəmiyyətli dinamikanın bir hissəsi ötən ilin aşağı göstəriciləri ilə izah olunur, həmin vaxt regiondakı geosiyasi gərginlik hava daşımalarında fasilələrə səbəb olurdu”, – deyə assosiasiya bildirir.

Regionlar üzrə dinamika isə belə olub: Asiya–Sakit okean regionunda beynəlxalq tələbat 10,9 faiz artıb, tutum isə 9,1 faiz yüksəlib. Yüklənmə əmsalı 84,4 faizə çataraq 1,4 bənd yaxşılaşıb. Avropada tələbat 7,4 faiz artıb, tutum isə 6 faiz yüksəlib, nəticədə yüklənmə əmsalı 86,5 faizə (+1,2 bənd) qalxıb. Şimali Amerikada RPK 4,5 faiz, ASK isə 4,7 faiz artıb, lakin yüklənmə əmsalı 84,2 faizə düşüb (-0,1 bənd). Yaxın Şərqdə tələbat 10,7 faiz, tutum isə 8,1 faiz artıb; yüklənmə 82,5 faizə yüksəlib (+2 bənd).

Latın Amerikasında tələbat 7,2 faiz, ASK isə 8,2 faiz artıb, yüklənmə əmsalı 84,6 faizə enib (-0,8 bənd). Afrikada tələbat 7,3 faiz, tutum isə 5,3 faiz artıb, yüklənmə əmsalı 74,1 faizə çatıb (+1,4 bənd).

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 "США не победили, Иран не проиграл" — пишет Рамиз Юнус... 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Все новости