Azərbaycan Rusiyadan heyvan yemi idxal etdi

Azərbaycan Rusiyadan heyvan yemi idxal etdi
07.06.2025 13:20 İqtisadiyyat

Bu ilin yanvar-may aylarında Rusiyanın Marı El bölgəsindən ixrac edilmiş baytarlıq məhsullarının alıcıları arasında Azərbaycan da olub. 

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. 

Bildirilib ki, Xidmətin yerli idarəsinin nəzarəti altında Marı Eldən ümumilikdə 6,3 min ton məhsul ixrac edilib.

Məhsullar Azərbaycanla yanaşı, Litva, Latviya, Polşa, Türkiyə, Çexiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Moldovaya göndərilib, əsasən yem və yem əlavələri – yemlik barda, yemlik maya və zülallı yem qarışığı olub. 

Bundan başqa, hesabat dövründə bölgədən Özbəkistana 171 baş iribuynuzlu heyvan ixrac edilib. 

Bütün məhsular və heyvanlar baytarlıq-sanitariya baxışından keçirilib, mütəxəssislər onları yoxlayaraq idxalçı ölkələrin tələblərinə cavab verdiyini təsdiqləyib.

İxrac yalnız həmin tələblərə cavab verən və uyğunluq yoxlamasından keçmiş istehsal müəssisələrindən həyata keçirilib.

XƏBƏR LENTİ
31 IYUL 2026
Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Bütün Xəbərlər