Avstriya və Azərbaycan biznes dairələrinin iştirakı ilə dəyirmi masa keçirildi

Avstriya və Azərbaycan biznes dairələrinin iştirakı ilə dəyirmi masa keçirildi
12.06.2025 16:01 İqtisadiyyat

Vyanada Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 11-ci iclası çərçivəsində hər iki ölkənin biznes dairələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

RİNN-in və Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Avstriya İqtisadiyyat Palatasının (WKO) birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada ümumilikdə 20-dən çox şirkətin nümayəndələri iştirak edib.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov forumda çıxış edərək bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi və qarşılıqlı investisiyalar üçün yeni imkanlar yaradacağına əminliyini vurğulayıb.

Dəyirmi masa çərçivəsində “Azərbaycanda investisiya imkanları”, “Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı” və “Mədənçilik” mövzularında sessiyalar təşkil edilib.

Tədbirdə Ələt Azad İqtisadi Zonasında, eləcə də Azərbaycanın digər sənaye və texnologiya parklarında tətbiq olunan güzəştlər barədə məlumat verilib, Avstriya şirkətlərinə ölkəmizə investisiya qoyuluşu imkanlarını nəzərdən keçirmək təklif olunub.

Dəyirmi masa”da iştirak edən Avstriya şirkətləri cari il iyunun 27-28-də Bakıda keçiriləcək birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət edilib.

Tədbir B2B və B2G formatında görüşlərlə davam edib.

XƏBƏR LENTİ
16 IYUN 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Bütün Xəbərlər