Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 14% artdı

Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 14% artdı
30.08.2025 14:10 İqtisadiyyat

Bu ilin yanvar-iyul aylarında Azərbaycan və Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 12 milyard 404,2 milyon ABŞ dolları təşkil edib.

TodayPress TV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur.

O cümlədən, son 1 ildə Azərbaycanın ittifaq ölkələrinə ixracının dəyəri 14,7 % artaraq 10 milyard 715,4 milyon ABŞ dolları, bu ölkələrdən idxalının dəyəri isə 9,7 % artaraq 1 milyard 688,8 milyon ABŞ dolları təşkil edib.

7 ay ərzində ittifaq ölkələrinin Azərbaycanın ümumi ixracında payı 70,4 %, idxalında payı isə 12,4 % təşkil edib.

Konkret ölkələrə gəlincə isə, yanvar-iyul aylarında Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, Çexiya, Yunanıstan və İspaniya ilə formalaşıb.

Azərbaycanın İtaliya arasında ticarət dövriyyəsinin dəyəri 7 milyard 498,6 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 7 milyard 195,3 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 303,3 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 20,6 %, ixrac 21,5 %, idxal isə 2,8 % artıb. 

Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsinin dəyəri 888,6 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 376,4 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 512,2 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 4,7 %, idxal 9,7 % artıb, ixrac isə 1,3 % azalıb.

Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsinin dəyəri 593,2 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 548,3 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 44,9 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 6,2 %, ixrac 8,3 % azalıb, idxal isə 29,4 % artıb.

Azərbaycanın Yunanıstanla ticarət dövriyyəsinin dəyəri 436,2 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 410 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 26,2 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 1,2 %, ixrac 11,4 % artıb, idxal isə 30,2 % azalıb.

Azərbaycanın İspaniya ilə ticarət dövriyyəsinin dəyəri 148,3 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracının dəyəri 6,1 milyon ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 142,2 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 23,5 %, ixrac 18,7 dəfə azalıb, idxal isə 77,8 % artıb.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər