Aİ-nin Azərbaycanda investisiya vektoru açıqlandı

Aİ-nin Azərbaycanda investisiya vektoru açıqlandı
24.07.2025 11:50 İqtisadiyyat

Avropa İttifaqı (Aİ) ölkələrinin investorlarının 70 %-dən çoxu Azərbaycanda fəaliyyətini genişləndirməyi, daha 22 %-i isə hazırkı səviyyədə davam etdirməyi planlaşdırır.

TodayPress TV bu barədə Aİ-nin 2024-cü il üçün Azərbaycanda biznes mühiti haqqında icmalına istinadən xəbər verir.

Sənədə əsasən, iqtisadiyyata həm mənfi, həm də müsbət təsir göstərən geosiyasi gərginliyə baxmayaraq, Aİ investorlarının Azərbaycana marağı artır. Belə ki, investisiya qoyuluşu üçün yenidən ölkəni seçənlərin payı 2021-ci ildəki 80 %-dən (əvvəlki sorğuya əsasən) 2024-cü ildə 92 %-ə yüksəlib.

Neft-qaz, mədən sənayesi kimi ənənəvi sahələr daha çox sadiqlik nümayiş etdirir. Eyni zamanda, genişlənmə üzrə ən iddialı planlar bərpa olunan enerji, tikinti və informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorlarında qeydə alınıb.

"2021-2024-cü illərdə Azərbaycanda biznes mühiti dayanıqlı makroiqtisadi vəziyyət fonunda formalaşıb. Xarici ticarətdə güclü mövqelər və büdcə profisiti sabitliyə töhfə verib. Neft-qaz sektoru mühüm rol oynamağa davam etsə də, ölkə şaxələndirməni fəal şəkildə təşviq edir - diqqət "yaşıl enerji”, kənd təsərrüfatı, turizm və İKT-yə yönəldilir", - icmalda qeyd olunub.

Tikinti sektoru 2022-2023-cü illərdə fəal inkişaf edib, bu prosesdə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasına irimiqyaslı dövlət investisiyalarının yönəldilməsi də rol oynayıb. 2024-cü ildə artım tempi yavaşlasa da, fəallıq yüksək olaraq qalır.

Birbaşa xarici investisiyaların böyük hissəsi əvvəlki kimi mədən sənayesinə cəlb edilir. İKT sektoru genişlənir, lakin artım tempi azalıb. Geosiyasi dəyişikliklər şəraitində nəqliyyat və logistika strateji əhəmiyyət kəsb edir, alternativ marşrutların rolu güclənib.

Bərpa olunan enerji sektoru dekarbonizasiya üzrə dövlət siyasəti sayəsində nəzərəçarpan artım nümayiş etdirir. 2030-cu ilə qədər Azərbaycan enerji balansında "yaşıl enerji”nin payını 35,5 %-ə çatdırmaq niyyətindədir. Bununla yanaşı, ölkə Xəzər-Qara dəniz enerji dəhlizi kimi layihələr çərçivəsində elektrik enerjisi ixracını inkişaf etdirir.

Kənd təsərrüfatı sektorunda, əvvəlki çətinliklərə baxmayaraq, artıq sabitlik hökm sürür. Bu gün sektorun dayanıqlılığına və rəqabət qabiliyyətinin artırılmasına diqqət yetirilir.

Hesabatın müəllifləri vurğulayırlar ki, Azərbaycanda əlverişli biznes mühiti strateji coğrafi mövqe, nəqliyyat və iqtisadi əlaqələrin inkişafı, siyasi və sosial sabitlik, iqtisadi siyasətin proqnozlaşdırılması mümkünlüyü kimi amillərlə şərtlənir.

İnvestorlar üçün cəlbediciliyin əsas amilləri daxili bazara çıxış, strateji tərəfdaşlıqlar və alyanslar, regional bazarlara və azad ticarət zonalarına çıxış hesab olunur. Hesabatın müəlliflərinin fikrincə, xərclərin səmərəliliyi, vergi güzəştləri, rəqəmsal infrastrukturun inkişafı və rəqəmsal dövlət xidmətlərinin müsbət qiymətləndirilməsi də əlavə üstünlüklərdir.

Hökumətin atdığı son addımlar arasında investisiyalar haqqında yeni qanunun qəbul edilməsi və vergi güzəştləri hesabına investisiya mühitinin yaxşılaşdırılması, həmçinin biznes fəaliyyətinin stimullaşdırılmasına yönəlmiş islahatlar qeyd olunur.

Hesabatda Azərbaycanın Avropa və Asiya arasında ən mühüm tranzit marşrutu olan Orta Dəhlizdəki roluna xüsusi diqqət yetirilir. Eyni zamanda, rəqabət qabiliyyətinin artırılması üçün infrastrukturun daha da inkişaf etdirilməsi, rəqəmsallaşdırma və bürokratik maneələrin azaldılmasının zəruriliyi vurğulanır.

"Yaşıl biznes”in və dayanıqlı təcrübələrin inkişafı da BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq Azərbaycanın prioritetləri sırasına daxil edilib. "Hökumət stimullaşdırıcı tədbirlər - maliyyə və tənzimləyici alətlər, vergi güzəştləri və insan kapitalına investisiyalar vasitəsilə biznesə dəstəyi gücləndirmək niyyətindədir", - hesabatda qeyd olunub.

XƏBƏR LENTİ
30 IYUL 2026
Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Bütün Xəbərlər