Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilir

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilir
10.06.2026 15:28

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Müdafiə Nazirliyinin digər rəhbər heyəti Hərbi Dəniz Qüvvələrində keçirilən döyüş atışlı taktiki təlimin gedişini izləyiblər.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Baş Qərargah rəisinə məruzə edilib ki, təlimə Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri cəlb olunub.

Təlimin planına uyğun olaraq Xəzər dənizinin Azərbaycana məxsus akvatoriyasında şərti düşmənin məhv edilməsi, eləcə də digər qoşun növləri və silahlı birləşmələr ilə birgə fəaliyyətlər üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib.

Təlimin əsas məqsədi döyüş əməliyyatlarının təşkili və qüvvələrin idarə olunması üzrə komandir və qərargahların bacarıqlarının təkmilləşdirilməsi, gəmilərin tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının icrasına hazırlığının yoxlanılmasıdır.

TodayPress TV

ФОТО

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilir — 1
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilir — 2
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilir — 3
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilir — 4
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilir — 5
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilir — 6
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilir — 7
ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 ABŞ və İranın ortaq tələbi cavabsız qaldı: İsrail geri addım atmır 21:26 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 "США не победили, Иран не проиграл" — пишет Рамиз Юнус... 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Все новости