Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək
03.04.2026 10:34

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək "Heydər Əliyev-2026" birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki "Ümid" körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.

"Ümid" körpüsündə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyənin Respublikasının İstiqlal Marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub.

Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə keçirilən tədbirdə ƏÜO komandanı general-leytenant Kənan Seyidov çıxış edərək birgə hərbi təlimin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdən sonra təlimə cəlb ediləcək bölmələr Naxçıvan şəhərindən yola düşüblər.

Qeyd edək ki, təlimin keçirilməsində məqsəd müasir döyüşün prinsiplərinə uyğun birgə əməliyyatların planlaşdırılması və icrası, koordinasiyanın təşkil edilməsi, döyüşün hərtərəfli təminatı üzrə təcrübə mübadiləsinin aparılması və şəxsi heyətin bilik və bacarıqlarının artırılmasından ibarətdir.

Təlimin planına əsasən müxtəlif şəraitlərdə döyüş, eyni zamanda xüsusi tapşırıqlar icra olunacaq.

TodayPress TV

ФОТО

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək — 1
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək — 2
ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Али Асадов встретился с президентом Узбекистана 16:37 Устройство, отслеживающее водителей между радарами, могут внедрить в Азербайджане — МНЕНИЕ 16:25 Ильхам Алиев провел телефонный разговор с премьером Нидерландов 16:13 Франция сыграет с Сенегалом, Аргентина встретится с Алжиром 16:07 Пенсии в регионах будут выплачены к этой дате 15:52 Начался крах Российской империи: Армения проявила неуважение 15:51 AZAL выполнил первый регулярный рейс по маршруту Баку – Шымкент 15:39 Впервые за несколько месяцев: Зеленский встретился с Трампом 15:35 Медина покинул «Карабах» 15:30 Увидев турка в Армении, люди реагировали негативно — ВИДЕО 15:18 Оскорбление мусульман от Джими: однажды мы вас расчленим и закопаем! 15:16 Джавид Гусейнов назначен главным тренером «Араз-Нахчывана» 15:10 Кабмин принял решение по промышленным и технологическим паркам 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Подписанное в Шуше соглашение вызвало страх у русских и армян, увидев подпись Алиева… 14:36 Все новости