Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirildi

Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirildi
06.08.2025 12:10 Hərbi

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov ilə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının HDQ komandanı admiral Navid Əşrəf arasında görüş keçirilib. 

TodayPress TV xəbər verir ki, rəsmi qarşılanma mərasimində HDQ komandanları fəxri qarovul dəstəsinin önündən keçiblər.

Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Pakistan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinə ehtiram nümayiş etdirib.

Görüş zamanı Azərbaycan və Pakistan HDQ-lərinin qarşılıqlı əlaqələrinin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, döyüş gəmilərinin heyətləri arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb və bir sıra digər məsələlər müzakirə olunub.

Daha sonra HDQ bazasını ziyarət edən pakistanlı qonaqlar üçün təşkil edilmiş brifinqdə Azərbaycan HDQ-sinin strukturu, əməliyyat imkanları, Xəzər dənizinin Azərbaycana aid sektorunda fəaliyyəti, şəxsi heyət üçün yaradılmış şərait, təlim-tədris prosesi, eləcə də xidməti-döyüş fəaliyyətinin təşkili barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində Pakistan nümayəndə heyəti, həmçinin HDQ-nin "N" hərbi hissəsində olub. Hərbi hissə ilə tanışlıqdan sonra qonaqlar dəniz xüsusi təyinatlılarının nümunəvi çıxışlarını izləyiblər.

FOTOLAR

Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirildi — 1
Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirildi — 2
Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirildi — 3
Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirildi — 4
Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirildi — 5
XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər