“Yeni mərhələ üçün Azərbaycanın haqlı tələblərinə əməl olunmalıdır” – RƏY

“Yeni mərhələ üçün Azərbaycanın haqlı tələblərinə əməl olunmalıdır” – RƏY
09.10.2025 18:50 Təhlil

“Azərbaycan və Rusiya prezidentləri arasındakı görüş iki ölkə arasında yaranmış soyuqluğu müəyyən dərəcədə aradan qaldıra bilər, lakin münasibətlərin tam normallaşması üçün hələ də çoxsaylı maneələr mövcuddur”.

Politoloq Çingiz Şahbazi bunu TodayPress TV-yə açıqlamasında deyib.

O bildirib ki, AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra Azərbaycan tərəfi hadisə ilə bağlı Moskvanın məsuliyyəti qəbul etməsini, rəsmi şəkildə üzr istəməsini, hadisə barədə ətraflı hesabat təqdim etməsini və təyyarədə olanlara təzminat ödənilməsini tələb kimi irəli sürüb. Lakin Rusiya Azərbaycanın bu haqlı tələblərinə adekvat cavab vermək əvəzinə, ölkəmizə qarşı təzyiq mexanizmlərindən istifadə cəhdlərinə başlayıb. Bunun nəticəsində iki ölkə arasında siyasi mühitdə gərginlik yaranıb.

Ekspert okyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdən bəhs edib:

“Tacikistanın paytaxtı Düşənbədə MDB dövlət başçılarının toplantısı çərçivəsində prezidentlər Vladimir Putin və İlham Əliyev arasında keçirilən görüş iki ölkə arasında siyasi və iqtisadi əlaqələr baxımından yaranmış soyuqluğu müəyyən dərəcədə aradan qaldıra bilər. Bununla belə, münasibətlərin əvvəlki səviyyədə tam normallaşması üçün hələ də çoxsaylı maneələrin mövcud olduğunu nəzərə almaq lazımdır.

Son dövrlərdə baş verən hadisələri və ümumi vəziyyəti təhlil edərkən, xüsusilə Azərbaycanın vurulmuş sərnişin təyyarəsi ilə bağlı tələblərinin tam şəkildə yerinə yetirilməsi məsələsi üzərində dayanmaq vacibdir. Rusiya bu tələblərə əməl etdiyi halda, vəziyyətin yumşalması və dialoqun bərpası üçün real zəmin yaranar. Moskva Azərbaycana münasibətdə siyasətinə yenidən korrektə etməyi ciddi şəkildə nəzərdən keçirməlidir”.

Ç.Şahbazi əlavə edib ki, Azərbaycan bu gün çoxvektorlu siyasət yürüdür və regionda mühüm nüfuza malik Türkiyənin yaxın müttəfiqidir. Eyni zamanda Qərb dövlətləri, ABŞ və Çinlə əlaqələrini genişləndirir. Xüsusilə torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan regionda aparıcı rol oynamağa başlayıb. Rusiya isə Cənubi Qafqazda və ümumilikdə regionda əvvəlki mövqelərini qoruyub saxlaya bilməyib, təsir dairəsi nəzərəçarpacaq dərəcədə daralıb. Bu şəraitdə Azərbaycan öz mövqeyini gücləndirmək üçün yaranmış fürsətlərdən məharətlə istifadə edir və bu siyasəti gələcəkdə daha da aktiv şəkildə davam etdirmək niyyətindədir.

"Bu baxımdan, Düşənbə görüşü daha çox simvolik xarakter daşıyır. İki ölkə arasında münasibətlərin real şəkildə bərpası və yeni mərhələyə keçidi yalnız Azərbaycanın haqlı tələblərinə əməl olunduqdan sonra mümkün ola bilər", - deyə politoloq fikrini yekunlaşdırıb.

Qeyd edək ki, oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

“Yeni mərhələ üçün Azərbaycanın haqlı tələblərinə əməl olunmalıdır” – RƏY — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 Bütün Xəbərlər