Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir...

Yaxın Şərqdə "qırğın" gedir, Trampın Netanyahuya demədiyi qalmadı - Dünya diplomatik skandalı belə izləyir...
02.06.2026 10:16

Dünən axşam ABŞ Prezidenti Donald Trampın açıqlaması Yaxın Şərqdəki vəziyyəti kəskin dəyişdi.

İsrail hökumətinin Beyrutun cənub ətraflarına o cümlədən Dahiyə genişmiqyaslı zərbələr endirmək əmrindən cəmi bir neçə saat sonra Ağ Evin sahibi “heç bir qoşun Beyruta getməyəcək və yolda olan bölmələr geri qaytarılıb” bəyanatı ilə çıxış etdi. Tramp həmçinin “yüksək səviyyəli nümayəndələr” vasitəsilə Hizbullahla birbaşa əlaqə saxladığını və qarşılıqlı atəşkəs razılaşması əldə olunduğunu vurğuladı.

Bu, Trampın həmişəki diplomatiyasıdır: böhranın pik həddində  şəxsi müdaxilə, tərəflərin hər ikisini “qalib” elan etmək və özünü vasitəçi kimi göstərmək. Lakin bunun arxasında ciddi geosiyasi hesablamalar dayanır.

İsrailin Beyrut planından dərhal əvvəl İran danışıqlardan çıxdığını və İsrailə qarşı cavab zərbələri endirəcəyini açıqlamışdı. Trampın müdaxiləsi bu eskalasiyanı dayandırdı. Nəticədə Tehran özünü “müdafiəçi” mövqedən “strateji səbir” mövqeyinə keçirə bildi. Regionda İranın proksi qüvvələri Hizbullah və husilər ilə koordinasiya daha da güclənib. Husilərlə bağlı razılaşma xəbərləri (Bab əl-Məndəb boğazının potensial bağlanması) ticarət yollarına yeni təhdid yaradır – bu, qlobal enerji bazarları üçün ciddi riskdir.

İsrail daxilində artıq Netanyahuya qarşı səslər yüksəlir. Bəzi siyasətçilər və media orqanları onun “həddindən artıq eskalasiya” siyasətini riskli hesab edir. Trampın açıq şəkildə “qoşunları geri qaytar” əmri Netanyahu üçün həm xarici, həm də daxili itki hesab olunur. İsrailin hərbi rəhbərliyi ilə siyasi rəhbərliyi arasında gərginlik artıb. Netanyahu üçün ən böyük problemlərdən biri odur ki, Trampın seçkiqabağı dövrdə regionda böyük müharibə istəməməsi getdikcə daha aydın görünür.

Tramp bir neçə məqsəd arxasında bu addımı atdı: Seçkiqabağı dövrdə “mən müharibələri dayandıran prezidentəm” imicini gücləndirmək. Bab əl-Məndəb və Hörmüz boğazları təhlükəsi fonunda neft qiymətlərinin nəzarətdə saxlanılması . İranla danışıqlarda manevr imkanı saxlamaq.

Amma "Hizbullah" ilə  dolayı danışıqlar İsrail tərəfdarları arasında narazılıq doğuracaq. Eyni zamanda, atəşkəsin dayanıqlılığı sual altındadır – nəzərə almaq lazımdır ki, "Hizbullah"ın silahlarının ləğvi və cənubi Livandan İsrail qoşunlarının çıxarılması kimi fundamental məsələlər hələ də həll olunmayıb.

İsrail hökuməti Trampın təzyiqi ilə müvəqqəti geri çəkilsə də, cənubi Livanda əməliyyatlarını davam etdirə bilər. İran isə vaxt qazanaraq öz proksi şəbəkəsini gücləndirəcək. Bəs buna real diplomatik irəliləyiş deyə bilərik, yoxsa sadəcə növbəti “atəşkəs fasiləsi”? 

Regionda sülh hələ uzaqdır. Amma Trampın dünənki addımı göstərir ki, Vaşinqtonun prioriteti hazırda böyük müharibənin qarşısını almaqdır. Netanyahu hökumətinin reaksiyası və İranın hansı cavabı verəcəyi gözlənilir.

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhədləri yenidən bağladı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Все новости