Xəzərin taleyi masadadır — Region liderləri kritik gündəmlə toplaşdı

Xəzərin taleyi masadadır — Region liderləri kritik gündəmlə toplaşdı
19.11.2025 17:31

Noyabrın 18-19-da İranın Gilan vilayətinin Rəşt şəhərində Xəzəryanı ölkələrin sahilyanı regionlarının rəhbərlərinin görüşü keçirilib. 

Görüşdə beş Xəzəryanı dövlətin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) nümayəndələri iştirak edib. İki gün davam edən görüşdə qarşılıqlı ticarət əlaqələrinin inkişafı, nəqliyyat-tranzit məsələləri, balıqçılıq, qarşılıqlı sərmayə yatırımı, ekologiya, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin infrastrukturu və digər məsələlər müzakirə olunub. Tədbirdə rəsmi şəxslərlə yanaşı, Xəzəryanı dövlətlərin İranda fəaliyyət göstərən diplomatları, eləcə də iş adamları və biznes strukturlarının nümayəndələri də iştirak ediblər.

Azərbaycanı tədbirdə Xəzər dənizi sahilində yerləşən rayonların rəhbərləri təmsil ediblər.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Anar İsayev bildirib ki, İranın Rəşt şəhərində keçirilən Xəzəryanı ölkələrin sahilyanı regionlarının rəhbərlərinin görüşü zahirdə regional toplantı təsiri bağışlasa da, əslində strateji məqsəd daşıdığı üçün xüsusi əhəmiyyətə malikdir:


“2018-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandıqdan sonra ölkələr qarşısında duran növbəti mərhələ praktiki əməkdaşlığın dərinləşdirilməsidir. Bu əməkdaşlıq ekoloji layihələr, balıqçılıq zonalarının tənzimlənməsi, çirklənməyə qarşı birgə tədbirlər və sahilyanı infrastruktur layihələri kimi sahələrdə operativ fəaliyyət tələb edir”.

Ekspertin sözlərinə görə, görüşün gündəliyində təkcə ekoloji məsələlər deyil, həm də regionun nəqliyyat və logistika xəritəsini formalaşdıracaq mühüm istiqamətlər yer alır:


“Xəzər regionunda yeni nəqliyyat və logistika xəttinin qurulması — xüsusilə Şimal–Cənub Nəqliyyat Dəhlizi və Transxəzər marşrutu üzrə koordinasiyanın artırılması mühüm müzakirə mövzularındandır. Rusiya–İran ticarətinin Xəzər vasitəsilə genişləndirilməsi, Azərbaycan–Qazaxıstan–Türkmənistan xəttinin sinxronlaşdırılması və Rəşt–Astara dəmir yolu layihəsi bu mənada xüsusi diqqət tələb edir”.

Anar İsayev hesab edir ki, görüş ticarət yollarının regionlar səviyyəsində “tənzimlənməsi” baxımından da əhəmiyyətlidir:

“Bu format sahilyanı regionların qarşılıqlı iqtisadi koordinasiyasını gücləndirmək üçün mühüm platformadır və Xəzəryanı dövlətlər arasında logistika əlaqələrinin optimallaşdırılmasına ciddi töhfə verə bilər”.

Politoloq əlavə edib ki, toplantıda Xəzərin ekoloji təhlükəsizliyi məsələsi də əsas müzakirə mövzularından biri olacaq:


“Xəzər dünyanın ən qapalı su hövzələrindən biridir və çirklənməyə qarşı effektiv tədbirlər yalnız beş sahilyanı dövlətin birgə fəaliyyəti ilə mümkündür. Neft hasilatının ekoloji riskləri, sənaye tullantıları, bioresursların — xüsusilə nərə cinslərinin azalması və Xəzərin suyunun səviyyəsinin enməsi kimi problemlər daha konkret regional həll mexanizmləri tələb edir”.

Anar İsayev sonda qeyd edib ki, Rəşt görüşü siyasi sənəd imzalanacaq nəhəng zirvə olmasa da, Xəzərin idarə olunmasında mühüm koordinasiya mərhələsi rolunu oynayır:

“Bu toplantı Xəzər regionunda texniki, iqtisadi və ekoloji sahələr üzrə əməkdaşlığın inkişafı üçün çox vacib həlqədir və dövlətlərarası dialoqun praktiki müstəviyə keçməsi baxımından xüsusi önəm kəsb edir”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 В Татарстане произошел взрыв на нефтехимическом комплексе 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Все новости