Vensin səfərinin PƏRDƏARXASI: Vaşinqton nəyi dəqiqləşdirir?

Vensin səfərinin PƏRDƏARXASI: Vaşinqton nəyi dəqiqləşdirir?
10.02.2026 16:02

Ermənistanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza gözlənilən səfəri fonunda regionda yeni risk və narahatlıqların müzakirə olunduğunu bildirib. 


Onun sözlərinə görə, bu səfər təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır və mümkün ABŞ–İran qarşıdurması ehtimalı fonunda Vaşinqtonun Ermənistan və Azərbaycanın mövqelərini öncədən dəqiqləşdirməyə çalışdığı istisna edilmir.

Bəs bu yanaşma nə dərəcədə əsaslıdır?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Əli Orucov ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza səfərinin Vaşinqtonun regiona artan diqqətinin və marağının göstəricisi olduğunu bildirib:


“ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza səfəri ABŞ-nin regiona son dövrlərdə artan diqqətinin və marağının göstəricisidir. Ötən ilin 8 avqustunda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları sənədlər regionda inteqrasiya, iqtisadi, ticari və nəqliyyat xətlərinin qurulması üçün geniş imkanlar açdı. Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin vacib həlqəsi olan Zəngəzur dəhlizinin – TRİPP yolunun açılması reallığa çevrildi”.

Politoloq qeyd edib ki, buna baxmayaraq, İran və Rusiya bu yolun açılmasına müqavimət göstərməkdə davam edir:

“Halbuki Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əldə olunması bütün region ölkələri üçün faydalıdır. Son dövrlərdə İran ətrafında cərəyan edən hadisələr, Vaşinqton–Tehran qarşıdurması, həmçinin Moskvanın regionda, xüsusilə də Ermənistanda fəallaşması ciddi narahatlıqlar doğurur. Bütün bunlar isə ABŞ-nin maraqlarının təmin edilməsi ilə bağlı müəyyən suallar yaradır”.

Ə.Orucovun sözlərinə görə, Ağ Ev üçün bu səfər bir sıra mühüm məqsədlər daşıyır:


“Ağ Ev üçün bu sualları aydınlaşdırmaq, mövcud durumla tanış olmaq, ən əsası isə İrəvan və Bakını sülh və normallaşma prosesini dəstəklədiyini bir daha ifadə etmək baxımından bu səfər önəm kəsb edir. Səfər çərçivəsində təbii ki, ABŞ və region dövlətləri arasında əlaqələrin daha da genişlənməsi məsələləri müzakirə olunacaq. Şübhəsiz ki, təhlükəsizlik, hərbi və ticari əməkdaşlıq xüsusi önəm daşıyacaq”.

Analitik vurğulayıb ki, ABŞ regionda həlledici rol oynayan Azərbaycana konkret təminatlar verməlidir:

“ABŞ regionun təhlükəsizliyində və dayanıqlı sülhün əldə olunmasında həlledici rol oynayan Bakıya təminat verməlidir ki, Rusiya və İranın mümkün təhdidlərindən özünü tam şəkildə sığortalaya bilsin”.

Ə.Orucov Vensin İrəvana və Bakıya səfərlərinin yalnız mümkün İran–ABŞ hərbi qarşıdurması kontekstində qiymətləndirilməsini düzgün hesab etmir:

“Vensin İrəvana və Bakıya səfərlərini təkcə İranla ABŞ arasında hərbi konfliktin baş verəcəyi təqdirdə Ermənistan və Azərbaycanın mövqelərinin öncədən dəqiqləşdirilməsi kimi qiymətləndirmək bəsit yanaşma olardı. Zatən region dövlətlərinin mövqeləri bəllidir. Azərbaycan qonşuluğunda müharibənin və sabitsizliyin olmasını istəmir. Ölkə hava və quru məkanının İrana hücum üçün istifadəsinə qadağa qoyub”.

Politoloq əlavə edib ki, bütün bunlara baxmayaraq, risklər hələ də qalmaqdadır:

“Bununla belə, humanitar və təhlükəsizlik riskləri qalmaqdadır. Vensin regiona səfəri çərçivəsində Ermənistan–Azərbaycan arasında sülh və normallaşma prosesi, TRİPP yolunun açılması, enerji və təhlükəsizlik məsələləri, eləcə də İran və Rusiyanın regionla bağlı rolu əsas müzakirə predmeti olacaq”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Все новости