Venesuela Ukraynanın taleyini yaşayacaq? - Amerikalı ekspertin ŞƏRHİ

Venesuela Ukraynanın taleyini yaşayacaq? - Amerikalı ekspertin ŞƏRHİ
03.12.2025 15:15

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar yalnız Venesuelada deyil, Latın Amerikasının digər ölkələrində də narkotik qaçaqmalçılarına qarşı hərbi zərbələr endirə bilər. O, Oval kabinetdəki çıxışında bildirib ki, Kolumbiya böyük həcmdə kokain istehsal edir və onu ABŞ-yə satır, bu fəaliyyətə qarışan istənilən qrupun hədəfə çevrilə biləcəyini vurğulayıb. Həmçinin Pentaqon Venesuela Prezidenti Nikolas Maduronun mümkün istefası ilə bağlı plan hazırladığını açıqlayıb. 

Maraqlıdır, ABŞ Latın Amerikasında müharibə başlada bilərmi?

Regionda narkotik qaçaqmalçılığına qarşı mümkün hərbi əməliyyatlarla bağlı ABŞ planları təhlükəsizlik, diplomatik münasibətlər və ümumi regional sabitlik üçün hansı nəticələrə səbəb ola bilər? Mətbuatda yayılan "Venesuela Ukraynanın taleyini yaşayacaq"iddiası nə dərəcədə realdır?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan amerikalı siyasi analitik İrina Tsukerman bildirib ki, ABŞ bölgədə böyük müharibəyə deyil, kiçik və idarə olunan əməliyyatlara üstünlük verir:


"ABŞ-nin Latın Amerikasında narkotik kartellərinə qarşı genişmiqyaslı müharibəyə başlaması ehtimalı çox aşağıdır. Vaşinqton daha çox gizli əməliyyatlar, xüsusi təyinatlıların məhdud zərbələri, dəniz nəzarəti və təzyiq alətləri ilə hərəkət etməyə üstünlük verir. Trampın sərt ritorikasına baxmayaraq, Pentaqonun yanaşması daha ehtiyatlıdır və uzunmüddətli müharibəyə hazır olmaq istəmir".

Ekspertin fikrincə, ABŞ-nin zərbələri Venesuelada eskalasiyanı artırıb ölkəni Rusiya və İrana daha çox yaxınlaşdıra bilər:

““Narkotiklə mübarizə” adı altında aparılan əməliyyatlar isə əslində terrorla mübarizə və rejim dəyişikliyi elementləri ilə qarışır. Venesuela kimi cinayətkar şəbəkələrin dövlət strukturlarına qarışdığı ölkələrdə kartellərə zərbə vurmaq faktiki olaraq rejimin təhlükəsizlik aparatına hücum deməkdir və bu, eskalasiyanı artırır. Kartellər və Venesuela hakimiyyəti ABŞ hücumlarını ekzistensial təhdid kimi qəbul edib Rusiya və İranla əməkdaşlığı gücləndirə bilər”.

Onun sözlərinə görə, ABŞ-nin sərt ritorikası Kolumbiyanı uzaqlaşdırıb regionda siyasi gərginliyi artıra bilər:

"Kolumbiya üçün də risklər artır: ABŞ-nin sərt ritorikası Boqota ilə münasibətləri sarsıda, Kolumbiyanı alternativ tərəfdaşlara – Avropaya, Çinə və regional bloklara yaxınlaşdıra bilər. ABŞ-nin açıq hərbi əməliyyatları regionda Monroe Doktrinasının xatırlanmasına, narahatlığın artmasına və siyasi parçalanmaya səbəb olacaq".


Analitik həmçinin vurğulayıb ki, hüquqi baxımdan da problem böyükdür: 

"Başqa dövlətin ərazisində əməliyyat üçün ya həmin ölkənin razılığı, ya özünümüdafiə arqumenti, ya da BMT Təhlükəsizlik Şurasının mandatı lazımdır. Venesuela razılıq vermədiyi halda ABŞ müdaxiləsi suverenlik pozuntusu kimi qəbul ediləcək".

İ.Tsukerman qeyd edib ki, ABŞ müharibəyə girmək istəmir: 

"ABŞ ordusu yeni böyük münaqişəyə girmək istəmir və planlar yalnız ehtiyat xarakteri daşıyır. Venesuela–Ukrayna müqayisəsi isə yanıldıcıdır: Ukrayna NATO məkanında konvensional müharibə yaşayır, Venesuela isə iqtisadi cəhətdən çökmüş, izolyasiyada və xarici müttəfiqlərdən asılı vəziyyətdədir".

Politoloq bununla belə, Rusiya, İran və müəyyən dərəcədə Çinin Venesuelada informasiya əməliyyatları və proksi vasitələrlə təsirini artırmağa çalışdığını bildirib. O, ABŞ-nin hərbiləşmiş yanaşmasının zəif dövlətləri daha çox parçaladığını, kartellərin gizlənərək zorakılığı artırdığını və qaçaqmalçılıq marşrutlarını dəyişdiyini vurğulayıb.


Ekspert hesab edir ki, ABŞ-nin düzgün diplomatiyası sabitlik yarada, səhv addımları isə regionu daha da bölə bilər:

"Regionun sabitliyi ABŞ gücündən daha çox diplomatiyanın necə qurulacağından asılı olacaq. Əgər Vaşinqton qanuni hökumətlərlə koordinasiya etsə və bütün dövlətləri düşmən kimi təqdim etməsə, eskalasiya azalar. Əks halda qütbləşmə artacaq və bəzi dövlətlər ABŞ-dən uzaqlaşacaq".

Analitik sonda əlavə edib ki, nəticədə ABŞ-nin Latın Amerikasında böyük müharibəyə başlaması gözlənilmir. Daha real ssenari sərt ritorika, hədəfli əməliyyatlar, sanksiyalar və siyasi təzyiqdir. Proses regionda hərbi əməliyyatdan çox təhlükə qavrayışlarını və geosiyasi balansı dəyişəcək.  

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 В Татарстане произошел взрыв на нефтехимическом комплексе 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 Все новости