Vaşinqton- Bakı əlaqələrində dinamika: Azərbaycanın bölgədəki mövqeyi möhkəmlənir

Vaşinqton- Bakı əlaqələrində dinamika: Azərbaycanın bölgədəki mövqeyi möhkəmlənir
19.11.2025 14:09

Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədri Fərhad Məmmədov bildirib ki, Donald Trampın prezident seçilməsi Azərbaycan–ABŞ münasibətlərinin daha praqmatik və nəticəyönlü mərhələyə keçməsi üçün imkanlar yaradıb. Onun sözlərinə görə, Bayden–Blinken administrasiyası Cənubi Qafqaz siyasətində faktlara deyil, ideoloji yanaşmalara və erməni lobbisinin təsirinə əsaslanır, Azərbaycanın legitim tələblərini isə düzgün qiymətləndirmirdi. Bu yanaşmanın həm regiona, həm də ABŞ-yə mənfi təsir göstərdiyi vurğulanıb.


Bəs ABŞ administrasiyasında mümkün praqmatik dönüş baş verərsə, bu yanaşma Cənubi Qafqazda diplomatik proseslərin yenidən qurulmasına hansı praktiki təsir mexanizmlərini ortaya çıxara bilər?

Sözügedən məsələ ilə bağlı TodayPress TV -yə danışan politoloq Elşad Mirbəşiroğlu bildirib ki, Tramp dövrü Azərbaycan–ABŞ münasibətlərinə yeni dinamizm və pozitiv siyasi iradə gətirdi:


"Donald Trampın ABŞ-yə əvvəlki rəhbərliyi dövründə Azərbaycan–ABŞ münasibətlərində dinamizm müşahidə olunub və Vaşinqtonun Bakıya daha obyektiv yanaşdığı görünürdü. Tramp yenidən prezident seçildikdən sonra da bu tendensiya davam etdi: iki ölkə arasında təmaslar sürətlə intensivləşdi və Azərbaycan Prezidentinin bu ilin avqustunda ABŞ-yə səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirildi. Elə həmin dövrdə keçmiş Ermənistan–Azərbaycan münaqişəsinin həlli istiqamətində mühüm addımlar atıldı, Zəngəzur dəhlizinin açılması ilə bağlı siyasi iradə nümayiş etdirildi. Bütün bunlar ABŞ–Azərbaycan münasibətlərində müsbət və perspektivli dinamikanın bariz göstəricisidir".

Ekspert qeyd edib ki, Cozef Baydenin dövründə ABŞ-nin Ermənistana açıq dəstəyi regionda gərginliyi artırıb: 


"Ayrıca qeyd edilməlidir ki, Demokratlar hakimiyyətdə olduğu dövrlərdə Azərbaycana münasibətdə çox zaman ikili standartlara əsaslanan yanaşma nümayiş etdirilib, bu isə münasibətlərin səmimiliyinə və etimad mühitinə mənfi təsir göstərib. Xüsusilə Cozef Bayden administrasiyası dövründə ABŞ-nin Ermənistana açıq şəkildə dəstək verməsi diqqət çəkirdi. Xatırlatmaq yerinə düşər ki, 2024-cü il aprelin 5-də o vaxtkı dövlət katibi Entoni Blinken, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Ursula fon der Lyayen Brüsseldə görüş keçirmişdilər və həmin görüşdə Ermənistana əlavə təhlükəsizlik təminatlarının verilməsi məsələsi müzakirə olunmuşdu. Təbii ki, bütün bunlar regiondakı gərginliyi daha da artıran addımlar idi".

Onun sözlərinə görə, Trampın əməkdaşlığa yönələn siyasəti Azərbaycanın bölgədəki həlledici mövqeyini daha da möhkəmləndirir:

"Tramp administrasiyasının yanaşması isə fərqlidir. Bu yanaşma daha çox əməkdaşlığa, dialoqa və regionda sülhün təmin olunmasına yönəlib. Bu, həm Azərbaycanın maraqlarına uyğundur, həm də Cənubi Qafqazda sabitliyə müsbət təsir göstərir. Əlbəttə, proseslərə təsir edən əsas amil Azərbaycanın öz mövqeyidir. Torpaqlarımızın işğaldan azad edilməsindən və ölkəmizin regionda yeni güc balansı yaratmasından sonra Azərbaycan hadisələrin gedişini öz haqlı və ədalətli maraqlarına uyğun istiqamətləndirməyi bacardı və bu siyasət bu gün də davam edir. ABŞ daxil olmaqla regiondan kənar ölkələr artıq çox aydın şəkildə anlayırlar ki, Cənubi Qafqazda həlledici mövqe Azərbaycana məxsusdur. Ən önəmlisi isə bu mövqenin ədalətli, sülhün və əməkdaşlığın təmin olunmasına yönəlmiş olmasıdır".

E. Mirbəşiroğlu sonda vurğulayıb ki, bu baxımdan Tramp administrasiyasının Azərbaycanla daha praqmatik münasibətlər qurmaq niyyətində olması təbiidir və onların atdığı addımlar həm ikitərəfli əlaqələrin inkişafına, həm də bütövlükdə regionda sabitliyə öz təsirini göstərir.

 Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Все новости