Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə

Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə
03.06.2026 14:15

Rusiyada SPIEF-2026-nın (Beynəlxalq İqtisadi Forum)  açılış günü Sankt-Peterburqdakı "Petersburg Oil" Terminalında güclü yanğın baş verdi.  İlkin məlumatlara görə, hadisə Ukrayna dronlarının hücumu nəticəsində baş verib.  Baltik regionunun ən mühüm neft terminallarından biri hesab olunan obyektin belə bir gündə hədəfə alınması mühüm strateji mesajdır.

Dronlar şəhərin bir neçə rayonunu və Kronştadtdakı hərbi obyektləri hədəf alıb. Yanğın nəticəsində şəhər üzərini qara tüstü alıb. Rusiya rəsmiləri itkilərin məhdud olduğunu bildirsələr də, hadisənin  əhəmiyyəti böyükdür.

Ukrayna rəhbərliyi hücumu Rusiyanın müharibə potensialına qarşı zərbə kimi qiymətləndirir. Son aylarda Ust-Luqa, Primorsk və digər Baltik limanlarına edilən hücumlar da eyni strategiyanın tərkib hissəsi sayılır. Məqsəd Rusiyanın enerji ixracını və müharibəni maliyyələşdirmə imkanlarını zəiflətməkdir.

Maraqlısı odur ki, belə bir qaynar zonada iyunun 4-də  Rusiya Prezidenti Vladimir Putin həmin forumda  iştirak edəcək və iştirakçıların suallarını cavablandıracaq. Bundan əlavə, o, dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüş keçirəcək. Yuri Uşakovun açıqlamasına görə, bu görüş Rusiyanın daxili və xarici siyasət gündəmi, eləcə də beynəlxalq proseslərə həsr olunacaq. 

Forumda 100-dən çox ölkədən təxminən 20 min nümayəndənin iştirakı gözlənilir. Özbəkistan və Tanzaniya prezidentləri, Çin rəsmisi Han Çjen, eləcə də ABŞ nümayəndə heyətinin iştirakı diqqət çəkir. Eyni zamanda, Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev videokonfrans formatında Özbəkistanda yeni atom elektrik stansiyası layihəsinin birinci enerji blokunun tikintisinə start verəcəklər. “Rusiya Davosu” kimi tanınan SPIEF Moskva üçün mühüm iqtisadi və siyasi platformadır.

Dronların Sankt-Peterburq kimi strateji şəhərə çatması isə təhlükəsizlik sistemlərinin effektivliyi ilə bağlı sualları yenidən gündəmə gətirib.  Hücum forum iştirakçılarına Rusiyanın “heç bir yeri təhlükəsiz deyil” mesajı verir.

İnternetə məhdudiyyətlər tətbiq olunub. Lakin Putinin təhlükəsizliyi hələ də sual altında qalır. Ekspertlər hesab edirlər ki, Putin məhz bu səbəbdən forumda iştirakını təxirə sala bilər. 

Gedişat müharibənin xarakterindəki dəyişiklikləri bir daha göstərir. Ukrayna cəbhədən uzaqda yerləşən strateji obyektləri hədəfə almaq imkanlarını genişləndirir, Sankt-Peterburqdakı son hadisə göstərir ki, müharibənin təsirləri artıq cəbhə xəttindən çox uzaqlara yayılıb və Rusiyanın əsas mərkəzlərinə qədər çatıb. 

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
03 августа 2026
İsrailin qorxduğu ssenari üzə çıxdı: 7 oktyabr təkrarlana bilər 00:04 Sumqayıtda 4 avtomobil bir-biri çırpıldı 23:55 Tramp İsraili qəzəbləndirdi - İstədiyini etmədi 23:45 Saakaşvilidən maraqlı müqayisə: “Mən Odisseyəm, onlar isə…” 23:36 Ağdamda güclü yanğın başladı - VİDEO 22:59 ABŞ “Patriot”ların sirrini Ukraynaya açacaq 22:51 Başına 5 milyon dollar qoyulan kartel lideri saxlanıldı 22:30 Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 Все новости