Türkiyəli ekspert: “Ermənistan bu şərtləri yerinə yetirərsə...”

Türkiyəli ekspert: “Ermənistan bu şərtləri yerinə yetirərsə...”
12.02.2026 17:38

“Türkiyə ilə Ermənistan arasındakı münasibətlər Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərə paralel şəkildə inkişaf edəcək”. 

Bunu TodayPress TV-yə türkiyəli politoloq İsmail Cingöz Türkiyənin İrəvana müntəzəm birbaşa uçuşlar həyata keçirəcəyi ilə bağlı açıqlamasında deyib.

O qeyd edib ki, Türkiyə Azərbaycanla öncədən razılıq əldə etmədən və Azərbaycanın siyasətinə zidd addım atmadan Ermənistanla münasibətlərini inkişaf etdirə bilər.


“Türkiyə-Ermənistan münasibətləri Azərbaycan-Ermənistan münasibətlərindən asılıdır. Türkiyə qardaş Azərbaycanın əleyhinə heç bir fəaliyyət göstərməz və göstərməyəcək”.

Analitik bildirib ki, Ermənistan-Türkiyə hava reysləri əlaqələri və ticarəti gücləndirəcək: 

“Ermənistan ilə Türkiyə arasında hava yolları vasitəsilə sərnişin daşınması ilə bağlı yeniliklər həm hər iki ölkənin vətəndaşları, həm də siyasi və iqtisadi baxımdan müsbət addım olacaq və qismən də olsa, ticarətin hava yolu ilə başlamasına şərait yaradacaq. Bu da iki ölkə arasında iqtisadi, siyasi və sosial-mədəni əlaqələrin qurulması üçün vasitə kimi Ermənistanın xeyrinə inkişaf kimi qiymətləndirilə bilər”.

İ.Cingöz vurğulayıb ki, növbəti mərhələdə Ermənistan-Azərbaycan münasibətləri müsbət məcrada irəliləsə, Türkiyə quru sərhədlərini də aça bilər. Türkiyə rəhbərliyinin dəfələrlə bəyan etdiyi kimi, quru sərhəd qapılarının açılması üçün Ermənistanın qalıcı sülh müqaviləsi imzalaması, Azərbaycana və Türkiyəyə qarşı torpaq iddialarını ehtiva edən hüquqi tənzimləmələri aradan qaldırması, konstitusiya və digər qanuni prosedurları yerinə yetirməsi şərtdir. Bu şərtlər yerinə yetirilsə, Ermənistan ilə Azərbaycan arasında sülh təmin edilər və Türkiyə normallaşma prosesinə keçərək quru əlaqələrini bərpa edər.

“Türkiyənin İrəvana müntəzəm hava reyslərinə başlamaq qərarı Ermənistana qarşı xoş niyyət göstəricisi kimi qəbul edilməlidir. Eyni şəkildə, Azərbaycanın Ermənistana yanacaq daşımaları da analoji xoş niyyət addımı idi. Yəni həm Azərbaycandan, həm də Türkiyədən Ermənistana sülh prosesinə doğru əl uzadılır”, – deyə analitik vurğulayıb.


Şərhçi əlavə edib ki, bundan sonrakı gedişat Ermənistanın atacağı addımlardan asılıdır və bu prosesdə qazanan tərəf Ermənistan xalqı və dövləti olar. Bu isə bölgədə sabitlik və sülh üçün yol xəritəsi rolunu oynaya bilər və nəticədə həm Türkiyə, həm Azərbaycan, həm Ermənistan, həm də regionun digər ölkələri qazanclı çıxar.

Qeyd edək ki, Türk Hava Yolları martın 11-dən etibarən İrəvana gündəlik reyslərə başlayacaq.

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 В Азербайджане создадут единый орган в сфере медиа 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Определится соперник «Карабаха» в Лиге Европы 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Москва под ударом: украинские дроны атаковали столицу — ВИДЕО 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 Все новости