Trampın "NATO planı" ifşa olundu: Gizli məqsəd nədir?

Trampın "NATO planı" ifşa olundu: Gizli məqsəd nədir?
02.04.2026 14:48

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı şikayətlərinin bloku qəsdən zəiflətmək cəhdi ola biləcəyini deyib. 

Qeyd edək ki,  ABŞ Prezidenti NATO-dan çıxmağı ciddi şəkildə düşündüyünü açıqlayıb. 

Sual yaranır,  bu məsələdə  Trampın əsas fikri nədir?  

Mövzunu politoloq Taleh Əliyev TodayPress TV-yə şərh edib.  


Onun sözlərinə görə, Trampın İranla müharibəyə başlaması ilə bağlı NATO-lu müttəfiqlərini məlumatlandırmaması, müharibənin gedişində yaşanan çətinliklər fonunda Avropa dövlətlərinin Trampın istəklərinə və müraciətlərinə müsbət  cavab verməməsinə səbəb olub: 

"Bu, şübhəsiz ki, Trampın aqressiv yanaşmasını şərtləndirən əsas faktorlardan biridir. Amma düşünmürəm ki, Tramp bu məsələdə sonuna qədər israr edəcək. Çünki Amerika Birləşmiş Ştatları üçün NATO və bütövlükdə Avropa İttifaqı ilə müttəfiqlik, dövlət siyasətinin əsas sütunlarından biridir. Bu baxımdan, prezident səviyyəsində belə fundamental münasibətləri tamamilə sıfırlamaq qeyri-mümkündür". 

Analitik qeyd edib ki, Trampın açıqlaması NATO-ya güvəni sarsıda bilər:

"Kaya Kallasın da qeyd etdiyi kimi, Trampın bu açıqlaması indiki həssas dövrdə həm dünyada, həm də Avropada NATO-nun təhlükəsizlik çətiri kimi roluna etimadsızlıq yaradır. Lakin düşünmürəm ki, bu kimi açıqlamalar ABŞ-nin NATO-dan çıxmasına və ya NATO-nun tamamilə sıradan çıxmasına səbəb olacaq. Hətta ABŞ NATO-dan çıxsa belə, Avropa İttifaqı bu gün dünyanın əsas qüdrətli regionlarından biri olaraq qalmaqdadır". 

Politoloq nəzərə çatdırıb ki, dünyanın yeddi iqtisadi qüdrətindən dördü Avropada yerləşir:

"Əgər Kanadanı da Avropa Birliyinə inteqrasiya olunmuş bir dövlət kimi nəzərə alsaq, bu yeddi qüdrətdən beşi deməkdir. Eyni zamanda, dünyanın nüvə dövlətlərindən ikisi və BMT Təhlükəsizlik Şurasının beş daimi veto hüququna malik ölkəsindən ikisi – Böyük Britaniya və Fransa – bu qitədə yerləşir. Avropanın iqtisadi və texnoloji imkanları isə dünyanın digər iqtisadi gücləri ilə müqayisədə ilk üçlükdə yer alır". 

Taleh Əliyevin qənaətincə, buna  görə də Donald Trampın bu açıqlamaları sadəcə söz olaraq qalacaq: 

"Çünki Avropa ilə münasibətlərin sıfırlanması həm Avropaya, həm də ABŞ-yə ciddi zərər verə bilər. Bu gün dünyaya hökm edən ABŞ-nin arxasında Avropa İttifaqının dayanması onun qüdrətini təmin edir. Əgər Avropa ABŞ-nin arxasında yox, önündə dayanarsa, bu, Amerika qüdrətinin də əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq. Ona görə də hesab edirəm ki, Amerika dövlətinin dərin strukturları bu məsələyə isti yanaşmayacaq". 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Все новости