Trampdan Putinə SON ŞANS: 10 gün cəbhədə nəyi dəyişəcək?

Trampdan Putinə SON ŞANS: 10 gün cəbhədə nəyi dəyişəcək?
30.07.2025 16:54 Təhlil

“Rusiya ABŞ-nin 10 günlük möhlətini diqqətə almadan Ukraynada öz siyasətinə davam edərsə, bu, Moskva üçün asan olmayacaq”. 

Politoloq Oqtay Qasımov bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, ABŞ lideri Donald Trampın Rusiyaya verdiyi vaxtı 50 gündən 10 günə endirməsinin əsas səbəbi ondan ibarətdir ki, o artıq Rusiyaya ayrılacaq əlavə vaxtın heç bir əhəmiyyəti olmadığı qənaətinə gəlib.  

“Son 6 ay ərzində Rusiya Prezidenti Vladimir Putin ona təklif olunan şanslardan sui-istifadə edib. Təklif edilən variantları qəbul etməyib və müharibəni davam etdirmək yolunu seçib. Bu səbəbdən Tramp həmin vaxtı azaltdığını açıq şəkildə bəyan edib. Bu təhdidləri nəzərə alıb qarşıdakı 10 gün ərzində Rusiyanın hansısa fərqli addımlar atacağını gözləmirəm. Putin böyük ehtimalla Ukrayna ilə bağlı hazırkı siyasətini davam etdirəcək və müharibə eyni şiddətlə davam edəcək”.

Analitik belə bir ssenarinin baş verəcəyi təqdirdə, Trampın növbəti addımları arasında, Rusiyaya 100 faizlik tariflərin tətbiq olunacağını proqnozlaşdırıb. Lakin nəzərə almaq lazımdır ki, hazırda ABŞ və Rusiya arasında ticarət dövriyyəsi minimum səviyyədədir. Bu səbəbdən sanksiyaların Rusiyaya elə də ciddi təsiri olmayacaq:  

“Digər ehtimal olunan addımlar isə belədir ki, ABŞ-də 83 senatorun imzaladığı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsi Konqresdən keçə bilər. Həmçinin Tramp Ukraynaya dəstəyi artıra bilər. Bu, birbaşa ABŞ tərəfindən deyil, NATO və Avropa ölkələrinin maliyyə vəsaiti hesabına ola bilər. Belə ki, Avropa vasitəsilə ABŞ Ukraynaya hərbi texnika, hava hücumundan müdafiə sistemləri və digər avadanlıqlar göndəriləcək ki, bu da Rusiyanın vəziyyətini çətinləşdirəcək. Bununla yanaşı, Rusiya ilə ticarət edən şirkət və ölkələrə qarşı təzyiqlər artırıla bilər”.

Bu baxımdan, politoloqun fikrincə, yaxın dövrlərdə ABŞ-Rusiya münasibətlərində sərtləşmə ehtimalı daha yüksəkdir. Çünki Rusiya hələ də Ukraynadakı işğalçı siyasətindən əl çəkmir və müharibəni davam etdirir. 

Qeyd edək ki, Tramp Rusiyaya çox şans tanıdıqlarını və artıq geri dönüşü olmayan yola girildiyini açıqlayıb. "Ya bu müharibə bitəcək, ya da ABŞ sərt sanksiyalara əl atacaq. Mən Rusiya Federasiyasına 10 gün vaxt verirəm. Vaxt bu gündən (29 iyul - red.) başlayır", - deyə Ağ Ev lideri vurğulayıb.   

Töhfə Səməd

XƏBƏR LENTİ
31 IYUL 2026
Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Bütün Xəbərlər