Tramp onlara SƏSLƏNDİ: Rusiya və Çinin CAVABI nə olacaq?

Tramp onlara SƏSLƏNDİ: Rusiya və Çinin CAVABI nə olacaq?
19.02.2026 22:53

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda ABŞ-nin təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın ilk iclasında çıxışı zamanı bildirib ki, Vaşinqton Qəzza ilə bağlı təklif etdiyi sabitləşmə planında Rusiya və Çinin də iştirak edəcəyinə ümid edir. 


Məlumat üçün qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin “Sülh Şurası”nın bu gün keçirilən ilk iclasına dəvət olunsalar da, toplantıda iştirak etməyiblər. 

Maraqlıdır, Rusiya və Çin yaxın gələcəkdə Ağ Ev liderinin təşəbbüsünə müsbət cavab verəcəklərmi?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi şərhçi Kamran Sultanlı bildirib ki, Trampın bu gedişi Con Mirşaymerin bəhs etdiyi "hücumçu realizm" nəzəriyyəsi və böyük güclər arasındakı “güc balansı” məntiqi ilə birbaşa əlaqəlidir. 


Onun sözlərinə görə, Rusiya və Çinin bu plana qoşulub-qoşulmayacağını anlamaq üçün mövcud geosiyasi reallıqlara baxmaq lazımdır:  

“Tramp administrasiyasının təşəbbüsləri adətən ABŞ-nin liderliyini ön plana çıxarır. Rusiya və Çin isə Yaxın Şərqdə ABŞ mərkəzli formatlarda ikinci planda qalmaq istəmirlər. Hər iki ölkə Qəzza məsələsində ABŞ-dən fərqli mövqelərə malikdir: Rusiya daha çox Fələstin tərəfi ilə dialoqa və çoxtərəfli vasitəçiliyə üstünlük verir. Çin isə ənənəvi olaraq “daxili işlərə qarışmamaq” və BMT çərçivəsində həll mövqeyini saxlayır.


Digər tərəfdən, “Sülh Şurası” faktiki olaraq ABŞ-nin supergüc dominantlığını qorumaq, BMT-ni yenidən formatlaşdırmaq və Yalta–Potsdam sistemini demontaj etmək məqsədi ilə irəli sürülmüş platforma kimi qiymətləndirilə bilər. Çin və Rusiya, hətta Britaniya və Fransa belə qlobal sistemdə onları digər ölkələrdən fərqləndirən veto hüququndan və beynəlxalq qərarları bloklamaq kimi mühüm səlahiyyətlərdən asanlıqla imtina etməzlər”. 

Buna baxmayaraq, ekspert bu dövlətlərin prosesi izləyəcəklərini düşünür:

“Əgər ABŞ qlobal Cənub və digər region ölkələrini bu formata cəlb edə və ya siyasi baxımdan uğurlu addımlar ata bilsə, şübhəsiz ki, həmin dövlətlər bu ittifaqa qoşulmağı nəzərdən keçirə bilər. Lakin Trampın hər şeydə söz sahibi olduğu bir ittifaqda iştirak etməyə Rusiya və Çin tələsməyəcək. 

Bununla belə, Vaşinqton Rusiya və Çinin maraqlarını nəzərə alarsa, onlar bu birlikdə fəal iştiraka maraqlı olacaqlar. Bu baxımdan hazırda bu ölkələr nə “yox”, nə “hə” deyəcəklər, lakin izləmə siyasətinə üstünlük verəcəklər”.   

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Все новости