Toxunulmaz yoxdur MESAJI: Onların da "qapısı döyüləcək"!

Toxunulmaz yoxdur MESAJI: Onların da "qapısı döyüləcək"!
31.10.2025 16:52 Təhlil

"Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin saxlanılması ilə nəticələnən əməliyyat son illər hökumətin dövlət idarəçiliyi sistemində qeydə alınan neqativ hallara qarşı həyata keçirdiyi siyasətin tərkib hissəsidir".

Politoloq Çingiz Şahbazi bunu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatı TodayPress TV-yə şərh edərkən bildirib.


“Bu, inzibati nəzarətin daha da gücləndirilməsi istiqamətində atılmış ciddi addım kimi qiymətləndirilə bilər. Sirr deyil ki, ölkədə korrupsiya və vəzifədən sui-istifadə halları kifayət qədər mövcuddur və hökumət bu istiqamətdə bir sıra sahələri əhatə edən tədbirlər həyata keçirib. Baş verən hadisələrə diqqət yetirsək, görərik ki, hökumət planlı şəkildə addımlar atır və bu, bir mesajı idi.

Balakəndə keçirilən əməliyyat, güman ki, icra başçısının rüşvətə qurşanması ilə əlaqəlidir. Vəsaitlərin mənimsənilməsi faktı da ehtimal edilə bilər. Çünki belə hallar icra strukturlarında əvvəllər də qeydə alınmışdı. Maliyyə əməliyyatları adı altında qeyri-qanuni xərclərlə bağlı faktların müəyyən edilməsi bu strukturlarda daha çox rast gəlinən haldır”.


Ekspert izah edib ki, İslam Rzayevin vəzifədən azad olunması barədə ölkə başçısının vaxt itirmədən Sərəncam imzalaması cinayətin miqyasını təsəvvür etmək üçün kifayət qədər əsas yaradır:

“Belə əməliyyatları yerli icra orqanlarına ünvanlanan ciddi mesaj kimi dəyərləndirmək olar. Prezidentin dərhal məsələyə adekvat reaksiya verməsi siyasi iradəni nümayiş etdirdi və “toxunulmaz yoxdur” prinsipinin real təzahürünü göstərdi. Əlbəttə, dövlət başçısının rüşvətxor icra başçısı ilə bağlı dərhal verdiyi qərar ictimai etimadın artırılmasına da müsbət təsir göstərir. Məlumdur ki, hər dəfə bu kimi əməliyyatlardan sonra ictimaiyyətdə ölkə başçısına qarşı təşəkkür və inam hissi daha da güclənir”.


Ç.Şahbazi hesab edir ki, bu istiqamətdə əməliyyatlar davam edəcək, çünki istər cəmiyyət, istərsə də hakimiyyət bu neqativ hallardan təmizlənməyə məcburdur.

Qeyd edək ki, oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev saxlanılıb.

Azərbaycan Prezidenti İlham Əliyev İslam Rzayevin Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Xatırladaqki, İ.Rzayev 2011-ci ildən Balakən RİH-nin başçısı vəzifəsini icra edirdi.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Bütün Xəbərlər