Tehranla bağlı KRİTİK TƏKLİF: Generaldan DƏSTƏK gəldi

Tehranla bağlı KRİTİK TƏKLİF: Generaldan DƏSTƏK gəldi
13.03.2026 13:50

İranda paytaxtın Tehrandan köçürülməsi məsələsi yenidən müzakirə olunmağa başlayıb.


Prezident Məsud Pezeşkianın bu təşəbbüsünə ölkənin nüfuzlu hərbi simalarından biri, general-leytenant Yəhya Rəhim Səfəvi də ciddi dəstək ifadə edib. General Tehranın mövcud vəziyyətini "ekoloji fəlakət" kimi qiymətləndirərək, xüsusilə son təhlükəsizlik təhdidləri fonunda şəhərin strateji zəifliyini diqqətə çatdırıb. 

Bəs hansı şəhər İran üçün Tehrana alternativ ola bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Yusif Bağırzadə hazırda İranın paytaxtı olan Tehranın uzun illərdir, ciddi struktur problemlərlə üzləşdiyini izah edib:


“Şəhər həm əhali sıxlığı, həm də ekoloji vəziyyət baxımından böyük təzyiq altındadır. Tehran və onun ətraf metropol zonasında 15 milyona yaxın insan yaşayır ki, bu da şəhərin infrastrukturuna və resurslarına ciddi yük yaradır. Hava çirklənməsi, nəqliyyat sıxlığı və su qıtlığı paytaxtın gündəlik problemlərinə çevrilib. Bundan əlavə, Tehran aktiv seysmik zonada yerləşir və böyük zəlzələ ehtimalı uzun müddətdir ki, mütəxəssisləri narahat edən amillərdən biridir. Bütün bunlar şəhərin uzunmüddətli perspektivdə paytaxt statusunu qorumasının davamlılığını sual altına qoyur”.

Tarixi təcrübə və müasir çətinliklər...

Y. Bağırzadə tarixi əsas gətirərək bildirib ki, İranda paytaxtın dəyişdirilməsi nadir hadisə deyil:  


“Müxtəlif dövrlərdə ölkənin siyasi mərkəzi fərqli şəhərlərdə yerləşib. Məsələn, Səfəvilər dövründə İsfahan Şah Abbas tərəfindən paytaxt elan edilmiş və bu qərar dövlətin iqtisadi və siyasi gücünün artmasına xidmət etmişdi. Daha əvvəl isə Təbriz və Qəzvin kimi şəhərlər də dövlət mərkəzi rolunu oynayıb. Bu tarixi təcrübə göstərir ki, paytaxtın köçürülməsi İran siyasi ənənəsində mümkün və bəzən zəruri hesab edilən bir addım kimi qiymətləndirilir. Bununla belə, müasir dövrdə paytaxtın köçürülməsi daha mürəkkəb və maliyyə baxımından ağır bir layihədir. Dövlət institutlarının, diplomatik nümayəndəliklərin, hərbi strukturların və iqtisadi mərkəzlərin yeni şəhərə köçürülməsi nəhəng maliyyə və logistika resursları tələb edir. Bu səbəbdən belə bir qərarın qısa müddətdə reallaşması real görünmür”.

Namizəd şəhərlərdən hansı daha uyğundur?

Siyasətçinin sözlərinə görə, praktik müzakirə mərhələsində paytaxt üçün bir neçə namizəd irəli sürülə bilər: 

İsfahan: Tarixi və coğrafi baxımdan potensial variantlardan biri sayılır. Şəhər ölkənin mərkəzində yerləşir və inkişaf etmiş infrastruktura malikdir. Lakin son illərdə bölgədə su qıtlığının dərinləşməsi bu variantın perspektivlərini zəiflədir.


Şiraz: Digər mümkün variant olan bu tarixi və mədəni mərkəz daha sabit iqlimə malikdir və cənub ticarət marşrutlarına yaxındır.


Makran sahilləri: İranın cənub-şərqində tamamilə yeni planlaşdırılmış bir paytaxt şəhərinin qurulması da mümkün ssenari kimi irəli sürülür.


Yusif Bağırzadə Tehranın yaxın perspektivdə İranın siyasi mərkəzi olaraq qalmağa davam edəcəyini düşünür:  

“Lakin ekoloji problemlərin dərinləşməsi, təhlükəsizlik riskləri və regional inkişaf strategiyaları bu ideyanın İranın siyasi gündəmində uzun müddət qalacağını göstərir. Bu məsələ daha çox uzunmüddətli strateji planlaşdırma və ölkənin gələcək urbanizasiya modelinin formalaşdırılması ilə birbaşa bağlıdır”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Все новости