Strateji Tərəfdaşlıq Şurası: Azərbaycan və Serbiyaya NƏ VƏD EDİR?

Strateji Tərəfdaşlıq Şurası: Azərbaycan və Serbiyaya NƏ VƏD EDİR?
16.02.2026 21:56

Belqradda Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib.


Serbiya Prezidenti Aleksandar Vuçiç iclasda bildirib ki, bu iclas ikitərəfli münasibətlərdə dönüş nöqtəsidir və ölkələr arasında münasibətlərin ən yüksək strateji səviyyəyə qaldırılması üçün birgə siyasi iradənin bariz nümunəsidir:

"Bu Şura əziz dostum, Prezident İlham Əliyevlə formalaşdırdığımız birgə mövqedən və razılaşmadan qaynaqlanır. Serbiya Respublikası yalnız az sayda ölkələrlə bu cür formatda görüşlər keçirir". 

Bəs Bakı bu münasibətlərdə hansı üstünlükləri əldə edə bilər?

Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov TodayPress TV-yə danışarkən bildirib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir, lakin ticarət dövriyyəsi potensialdan geri qalır.


"Serbiya ilə Azərbaycan arasında siyasi münasibətlər ən yüksək səviyyədədir və həm dövlətlər, həm də dövlət başçıları arasında əlaqələr nümunəvi xarakter daşıyır. Serbiya Balkanlarda Azərbaycanın dayağı kimi çıxış edir və rəsmi Bakının mövqeyini daim dəstəkləyir. Yəqin ki, bundan sonra da bu cür dostluq münasibətləri davam edəcək", - deyə analitik vurğulayıb.

Siyasi şərhçi iqtisadi sahədə mövcud vəziyyətə toxunaraq qeyd edib ki, Azərbaycanla Serbiya arasında xarici ticarət dövriyyəsi artım nümayiş etdirsə də, hazırkı səviyyə hər iki ölkəni qane edə bilməz. Onun sözlərinə görə, 100 milyon dollardan bir az artıq ticarət dövriyyəsi Azərbaycan və Serbiya üçün çox azdır və yəqin ki, yaxın gələcəkdə bu istiqamətdə real addımlar atılacaq.


A. Səmədovun fikrincə, Serbiya Azərbaycan qazı üçün yeni bazardır və bu, qaz ixracının şaxələndirilməsinə imkan verir. O xatırladıb ki, 44 günlük müharibə dövründə Azərbaycan Serbiyadan hərbi sənaye məhsulları alıb və bu proses hazırda da davam edir. Politoloq əlavə edib ki, gələcəkdə iki ölkə arasında birgə hərbi müəssisələrin yaradılması da mümkündür və bu, əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilə bilər.

"Logistika sahəsində də Serbiyanın xüsusi rolu var. Çindən və Mərkəzi Asiyadan Orta Dəhliz vasitəsilə Avropaya daşınan yüklərin çatdırılmasında Serbiya mühüm əhəmiyyətə malikdir və Azərbaycan bu imkanlardan istifadə etmək niyyətindədir", - deyə o qeyd edib.

Bununla yanaşı, politoloq Azərbaycan şirkətlərinin, xüsusilə Dövlət Neft Şirkətinin və digər qurumların Serbiyada investisiya layihələri həyata keçirə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan kənd təsərrüfatı məhsullarının Serbiya bazarına çıxarılması da mümkündür və mövcud siyasi münasibətlər qısa müddətdə ticarət dövriyyəsinin bir neçə dəfə artırılmasına şərait yaradır.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Все новости