Si Cinpin-Tramp danışıqları NİYƏ İNTENSİVLƏŞİB? – KARTLAR açılır...

Si Cinpin-Tramp danışıqları NİYƏ İNTENSİVLƏŞİB? – KARTLAR açılır...
05.02.2026 17:00

"Pekin ABŞ-nin planlarından narahatdır".

TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz "Facebook" hesabında yazıb.


O, qeyd edib ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpinin gün ərzində həm Rusiya Prezidenti Vladimir Putinlə, həm də ABŞ Prezidenti Donald Trampla apardığı telefon danışıqları təsdiqləyir: 

"Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun bildirdiyinə görə, Putinlə Cinpin arasındakı danışıqda Rusiyanın Çinə neft və qaz ixracı məsələsi müzakirə olunub. Bu mövzu ilk növbədə Kreml üçün önəmlidir, çünki Qərbin sanksiyaları səbəbindən Rusiya neft və qazını Çinə daha ucuz qiymətə satmaq məcburiyyətindədir. Donald Trampın təzyiqləri nəticəsində Hindistan Rusiyadan ucuz neft alışını xeyli azaldıb və bu da Rusiyanı faktiki olaraq tək bazarla üz-üzə qoyub".    

Analitik hesab edir ki, Rusiya və Çin isə real yardım göstərə bilmir:

 

"Putin və Si Cinpin telefon danışığında enerji məsələləri ilə yanaşı İran, Venesuela və Kuba ətrafında yaranmış vəziyyəti də müzakirə ediblər. Uşakov bildirib ki, Moskva və Pekinin beynəlxalq məsələlərin böyük əksəriyyəti üzrə mövqeləri ya yaxındır, ya da tam üst-üstə düşür. Rusiya və Çin Venesuelanı itirib, Kubada isə vəziyyət daha da ağırlaşıb. Kuba Venesueladan aldığı ucuz neftdən məhrum olub, Vaşinqtonun təzyiqləri nəticəsində Meksika da Kubaya neft satışını dayandırıb. Enerji resursları olmadan onsuz da ağır vəziyyətdə olan Kuba iqtisadiyyatı daha da dərin böhranla üzləşir. Mövcud şəraitdə Rusiya və Çin Kubaya real yardım göstərə bilmirlər".

E.Şahinoğlu qeyd edib ki, Moskva və Pekin İranı itirmək istəmir:

"Putin və Cinpin ABŞ ilə münasibətləri də müzakirə ediblər və bu əsas mövzulardan biri olub. Moskva və Pekin Donald Trampın İrana qarşı müharibəyə başlaya biləcəyindən narahatdırlar. Onlar İranı Venesuela kimi itirmək istəmirlər və müharibə başlasa, İrandakı rejimin məğlub olmaması Moskva ilə Pekinin maraqlarına uyğundur. Rusiya Ukrayna müharibəsinə görə İrana birbaşa hərbi dəstək verə bilmir. Bununla belə, Çinin bu rolu qismən üzərinə götürdüyünə dair məlumatlar yayılıb. Son həftələrdə Çin hərbi təyyarələrinin İrana müxtəlif yüklər daşıdığı bildirilir. İranın hazırda ən çox ehtiyac duyduğu sahələrdən biri hava hücumundan müdafiə sistemləridir".

Onun sözlərinə görə, Si Cinpin Donald Trampla telefon danışığında Ağ Ev rəhbərinin gələcək planlarını aydınlaşdırmağa çalışıb.


O bildirib ki, Trampın özünün “Truth Social” hesabında yazdığına görə, bu telefon danışığı kifayət qədər uzun və ətraflı olub. Tərəflər İran ətrafında yaranmış vəziyyəti, Rusiya–Ukrayna müharibəsini, ticarət və hərbi məsələləri, eləcə də Tayvan problemini müzakirə ediblər.

Ekspert əlavə edib ki, Donald Trampın aprel ayında Çinə səfəri gözlənilir:

"O, Si Cinpinlə şəxsi münasibətlərini yüksək qiymətləndirir. Buna baxmayaraq, Tramp və onun administrasiyası üçün əsas strateji hədəf Çindir. Vaşinqton Çinin artan iqtisadi və hərbi gücündən ciddi şəkildə narahatdır. Pekinin əsas məqsədi isə Tayvanı nəzarətə götürməkdir. ABŞ isə Tayvana dəstəkdən imtina etmək niyyətində deyil". 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
"Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 Все новости