Şərtlər dəyişir: Trampı Xamenei ilə görüşəcək? – RƏY

Şərtlər dəyişir: Trampı Xamenei ilə görüşəcək? – RƏY
16.02.2026 18:07

ABŞ Dövlət katibi Marko Rubio Prezident Donald Trampın İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşə hazır olduğunu bəyan edib. 


Bu açıqlama Vaşinqton–Tehran xəttində mümkün yüksək səviyyəli təmas ehtimalını yenidən gündəmə gətirib.  

Lakin diplomatik və siyasi reallıqlar belə bir görüşün formatı ilə bağlı suallar yaradır. Xamenei prezident olduğu dövrdə xarici səfərlərə çıxsa da, Ali Rəhbər kimi başqa ölkəyə səfər etməyib. Onun müəyyən etdiyi prioritetlərin müzakirəsi əsasən prezidentlik, diplomatik və təhlükəsizlik institutları səviyyəsində aparılır. 

Eyni zamanda diplomatik protokol baxımından Ali Rəhbərə bərabər rütbə Amerikada mövcud deyil. Digər tərəfdən, Donald Trampın da İrana səfər etməsi real görünmür.     

Belə olan halda, əgər İran da görüş ehtimalını nəzərdən keçirsə, bu təmas hansı formatda baş tuta bilər?    

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri bildirib ki, ABŞ ilə İran arasında nəzərdə tutulan yüksək səviyyəli görüşün baş tutması real görünmür və bu təşəbbüs daha çox siyasi jest xarakteri daşıyır:


“Bu görüş baş tutmayacaq. Sadəcə, Donald Tramp tərəfindən növbəti jestdir ki, İranla mövcud olan bütün problemləri danışıqlar yolu ilə həll etməyə hazır olduğunu göstərsin. Çünki İranda mövcud olan rejim özünü hər şeyin fövqündə görən sistemdir. Hətta xalqa münasibətdə belə özlərini müctəhid alim, xalqı isə cahil kimi təqdim edirlər. Ona görə də etirazlar zamanı xalqın irəli sürdüyü tələblər nəinki eşidilmir, ümumiyyətlə yerinə yetirilmir. Çünki dini rejim rəhbərliyində “cahillərin təklifləri alimlər tərəfindən qəbul oluna bilməz” kimi yanlış anlayış və təsəvvür formalaşıb”.

Onun sözlərinə görə, İranın daxili idarəetmə modeli də belə bir görüş üçün əlverişli zəmin yaratmır:  

“Bundan əlavə, dünyaya açıq olmayan bir idarəetmə sistemi mövcuddur və ən nəhayət, mərkəzləşdirilmiş idarəetmə modeli tam şəkildə formalaşmayıb. Bu gün İranda üç əsas güc mərkəzi var. Bunların başında Əli Xamenei və onun ətrafı, yəni molla sistemi dayanır. İkinci güc mərkəzi SEPAH, üçüncüsü isə hökumət və onun başında duran Prezident Məsud Pezeşkiandır. 

Lakin əsas səlahiyyətlər, təbii ki, Xameneiyə məxsusdur və o, demək olar ki, bütün görüşlərə qapalıdır. Yalnız onunla görüşmək üçün İrana səfər edən dövlət başçıları Xamenei ilə birbaşa görüşə və strateji məsələləri müzakirə edə bilərlər”.

Politoloq qeyd edib ki, qarşılıqlı etimadın olmaması da əsas maneələrdən biridir:

“ABŞ, İsrail və İran arasında qarşılıqlı etimad olmadığı üçün belə bir görüşün baş tutması istisna olunur. Əgər bu mümkün olsaydı, ən azından Xamenei İnqilabın 47-ci ildönümü münasibətilə Tehranda keçirilən mitinqdə iştirak edərdi. Diqqət yetirsəniz, təhlükəsizlik amili əsas götürülərək mitinqdə Xamenei deyil, Pezeşkian iştirak etdi”.

Natiq Miri hesab edir ki, Donald Trampın təşəbbüsü ikili mesaj xarakteri daşıyır: 


“Donald Trampın bu təklifi bir tərəfdən sülh danışıqlarına nə qədər açıq olduğunu nümayiş etdirməkdirsə, digər tərəfdən İranın qeyri-məqbul idarəetmə sistemini beynəlxalq ictimaiyyətə göstərmək niyyəti kimi də qiymətləndirilə bilər. Çünki dövlət başçıları səviyyəsində müzakirə olunmayan istənilən problemi aşağı səviyyəli nümayəndələrin danışaraq həll etməsi olduqca çətin və problematikdir”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 "США не победили, Иран не проиграл" — пишет Рамиз Юнус... 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Все новости