“Şərq Tərəfdaşlığı” arxivdə qaldı: Azərbaycanın da olduğu format bölgəyə nə vəd edir?

“Şərq Tərəfdaşlığı” arxivdə qaldı: Azərbaycanın da olduğu format bölgəyə nə vəd edir?
22.10.2025 16:05 Təhlil

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramını ləğv edərək Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini əhatə edən yeni əməkdaşlıq formatı yaradıb. 

Yeni platformaya Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan və digər regional dövlətlər daxildir. Belarus isə siyahıya salınmayıb. Layihə enerji, ticarət, rəqəmsal inkişaf və nəqliyyat əlaqələrinin gücləndirilməsini hədəfləyir. 

Aİ rəsmiləri bildiriblər ki, məqsəd sərmayələrin şəffaf şəkildə yönləndirilməsi və Orta Dəhliz vasitəsilə əlaqələrin möhkəmləndirilməsidir.

Bəs yeni format Aİ-nin regionda təsirini artırmaq üçün siyasi alətə çevrilə bilərmi? 

Yoxsa bu, daha çox iqtisadi inteqrasiyaya yönəlik addımdır?

Sözügedən mövzunu TodayPress TV-yə şərh edən politoloq Abutalıb Səmədov bildirib ki, gözlər Mərkəzi Asiya və Cənubi Qafqazın üzərindədir:  

"Avropa İttifaqı 2025-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra Mərkəzi Asiya və Cənubi Qafqaz bölgəsində daha aktiv siyasət yeritmək zərurətini anladı və bu məqsədlə son dövrlərdə ciddi addımlar atır.

Aprel ayında Səmərqənddə Avropa Birliyi–Mərkəzi Asiya sammiti keçirildi. Mərkəzi Asiya ölkələrinə ciddi yardımlar, böyük investisiyalar, milyardlarla dollar vəd olundu. Avropa Birliyi Rusiyanın bölgədə mövqeyini qorumasından və Çinin də daha çox müdaxiləsindən təbii ki, narahatdır və bu təsirləri azaltmaq istəyir. Buna görə də yeni formatın yaradılmasının kökündə təkcə iqtisadi əməkdaşlıq dayanmır.

Bu, çox mühüm əhəmiyyətə malik məsələdir. Orta Dəhliz vasitəsilə Mərkəzi Asiyanı və Cənubi Qafqazı Avropaya daha sıx bağlamaq və iqtisadi əməkdaşlığı gücləndirmək planları mövcuddur. Avropa İttifaqı rəhbərləri bu bölgənin əhəmiyyətini yaxşı anlayırlar".

Analitik qeyd edib ki, səbəb təkcə iqtisadi münasibətlər deyil:

"Təbii ki, iqtisadi əməkdaşlıq yeni formatın əsas səbəblərindən biridir, lakin digər mühüm məqsəd bölgədə Rusiyanın nüfuzunu və çəkisini azaltmaq, eləcə də Çinin regionda möhkəmlənməsinin qarşısını almaqdır. Ukrayna müharibəsi Aİ-nin imkanlarını müəyyən qədər məhdudlaşdırıb. ABŞ-nin yardımlarının azalması isə yükü Avropa İttifaqının üzərinə salıb. Aİ yaxşı anlayır ki, təkcə Ukrayna deyil, həm də Mərkəzi Asiya və Cənubi Qafqaz diqqətdən kənarda qalmamalıdır. Əks halda, Avropa İttifaqı ciddi vaxt itkisinə məruz qala və bölgədə Çinin daha da möhkəmlənməsinə şərait yarada bilər”.

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

“Şərq Tərəfdaşlığı” arxivdə qaldı: Azərbaycanın da olduğu format bölgəyə nə vəd edir? — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Bütün Xəbərlər